12px13px15px17px
Tarix:29/09/17

“Microsoft Office 2019” proqram paketi təqdim edilib

“Microsoft şirkəti” 25-29 sentyabr tarixlərində Orlando şəhərində keçirilən “Ignite” adlı konfransında “Office 2019” yeni proqram paketini təqdim edib.

Sözügedən proqram paketinin tərkibinə ənənəvi "ofis", amma müasirləşdirilmiş proqramlar, həmçinin “Word”, “Excel”, “PowerPoint” və “Outlook” proqramlarının kliyent versiyaları, həmçinin “Exchange”, “SharePoint” və “Skype” daxil ediləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Microsoft” şirkəti yeniliklər haqda az məlumat verib. Məlumdur ki, “Word” proqram təminatının təhlükəsizlik sistemi yaxşılaşdırılacaq. “Excel” məlumatların təhlili üçün yeni diaqramlar, “Power Point” isə təqdimatların əyaniliyini artırmaq üçün yaxşılaşdırılmış multiplikasiya elementləri ilə təchiz ediləcək.

Həmçinin İT administratorlar üçün yeni imkanlar təqdim ediləcək. Proqramçılar informasiya təhlükəsizliyi, İT sistemlərin idarəetməsi, səs funksiyaları və iş rahatlığı ilə bağlı təkmilləşdirmələrə dair söz veriblər.

“Microsoft” 2018-ci ilin ikinci yarısında “Office 2019” proqram təminatına ictimai girişi təmin etməyə hazırlaşır.

Emil Hüseynov




Baxış sayı: 543

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024