12px13px15px17px
Tarix:29/09/17

“Passenger Drone” uçan taksisinin sınaqları keçirilib

“Passenger Drone” şirkəti Avropada sərnişin uçuş aparatının sınaqlarına başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, şirkət tərtibatçılarının sözlərinə görə, dron “Ehang 184” və “Volocopter” aparatları ilə rəqabət apara biləcək.

Hazırda “Passenger Drone” aparatının uçuşunun tam təhlükəsiz olmaması səbəbindən birinci dəfə üçün sərnişin dronunun kabinəsində pilot əyləşib. O, aparatın aerodinamik imkanlarını qiymətləndirərək uçuşda onun əsas sistemlərini sınaqdan keçirib. Aparatın sonuncu versiyasında idarəetmə elementlərinin saxlanılması nəzərdə tutulur. Bu səbəbdən o, həm müstəqil, həm də pilotun idarəetməsi ilə uça biləcək.  

Bildirilir ki, aparatın kabinəsi vertolyot kabinəsinə çox oxşasa da, onlardan fərqli olaraq uçan taksi elektrik ötürücüsü ilə təchiz edilən 16 mühərrik vasitəsilə uçur. Bu, drona saatda 50 km sürətlə təxminən yarım saat uçmağa imkan verir. Mütəxəssislər qeyd edir ki, uçuşların məsafəsini artırmaq üçün daha tutumlu akkumulyatorlardan istifadə mümkün olsa da, aparatın kütləsi və qiymətinin arta biləcəyinə görə bunu etmək hazırda məqsədəuyğun hesab edilməyib.

İlkin test mərhələsindən keçən uçan taksinin ilkin nümayişi növbəti ilin əvvəlinə planlaşdırılır. Qiymət və seriyalı istehsala başlama müddəti barədə məlumat verilmir.

Qeyd edək ki, bir müddət əvvəl Dubayda da digər pilotsuz uçan taksinin sınaq uçuşu keçirilib. Almaniya konstruktorları tərəfindən ərsəyə gətirilən nəqliyyat vasitəsi prototipi sərnişinlərin avtonom rejimdə çatdırılmasını təmin edəcək. Havada 30 dəqiqə qalan aparatın maksimal sürəti saatda 100 km təşkil edir. Sərnişinlərin təhlükəsizliyinin təmini üçün pilotsuz uçan aparat paraşütlər və doqquz müstəqil akkumulyatorla təchiz ediləcək. Sərnişinin avtonom taksini mobil telefon proqramı vasitəsilə sifariş edə biləcəyi nəzərdə tutulur.

Nizam Nuriyev
 





Baxış sayı: 366

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024