Tarix:29/09/17
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, 10 oktyabr 2017-ci il tarixindən etibarən “Microsoft” şirkəti “Office 2007” versiyası üçün yeniləmələr çıxarmayacaq, həmçinin texniki konsultasiyalar verməyəcək. Şirkətdən verilən məlumata görə, “Office 2007” versiyasının tərkibinə daxil olan proqramların (“Word”, “Excel”, “PowerPoint”, “OneNote”, “Visio”, “Outlook” və sairə) dəstək müddəti başa çatıb.
Fərdi kompüter və korporativ İT infrastrukturun mühafizəsi ilə bağlı problemlər yaşamamaq üçün “Microsoft” şirkəti indiyədək “Office 2007” proqram təminatından istifadə edən istifadəçi və təşkilatlara “Office 365” versiyasına keçməyi tövsiyə edir.
“Office 2007” ofis proqramları paketi 30 noyabr 2006-cı il tarixində təqdim edilib. Yeni məhsulun əvvəlki versiyalardan əsas özəlliyi tamamilə yenidən işlənmiş “Ribbon” adlı istifadəçi interfeysi, yeni “Open XML” sənəd formatının dəstəklənməsi və bir çox əlavə funksiyalar olub.
Emil Hüseynov
“Microsoft” oktyabrdan etibarən “Office 2007” paketini dəstəkləməyəcək
“Microsoft”un proqramçılar komandası “Office 2007” ofis proqramları paketinin genişləndirilmiş dəstək mərhələsinin başa çatması haqda məlumat dərc edib.“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, 10 oktyabr 2017-ci il tarixindən etibarən “Microsoft” şirkəti “Office 2007” versiyası üçün yeniləmələr çıxarmayacaq, həmçinin texniki konsultasiyalar verməyəcək. Şirkətdən verilən məlumata görə, “Office 2007” versiyasının tərkibinə daxil olan proqramların (“Word”, “Excel”, “PowerPoint”, “OneNote”, “Visio”, “Outlook” və sairə) dəstək müddəti başa çatıb.
Fərdi kompüter və korporativ İT infrastrukturun mühafizəsi ilə bağlı problemlər yaşamamaq üçün “Microsoft” şirkəti indiyədək “Office 2007” proqram təminatından istifadə edən istifadəçi və təşkilatlara “Office 365” versiyasına keçməyi tövsiyə edir.
“Office 2007” ofis proqramları paketi 30 noyabr 2006-cı il tarixində təqdim edilib. Yeni məhsulun əvvəlki versiyalardan əsas özəlliyi tamamilə yenidən işlənmiş “Ribbon” adlı istifadəçi interfeysi, yeni “Open XML” sənəd formatının dəstəklənməsi və bir çox əlavə funksiyalar olub.
Emil Hüseynov
Baxış sayı: 317
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet