12px13px15px17px
Tarix:05/10/17

“Photoshop” proqramına yeni funksiyalar əlavə olunub

“Adobe” şirkəti süni intellekt əsasında əlavə funksiyalarla təkmilləşdirilən “Photoshop Elements” proqramının yeni versiyasını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, tərtibatçılar əvvəllər yerinə yetirilməsi üçün peşəkar istifadəçi bacarıqları və çoxlu vaxt tələb edən bir sıra əməliyyatları avtomatlaşdırmağa nail olublar.

Məsələn, yeni “Photoshop Elements” versiyası qıyılmış gözləri açmağa imkan verir. Bunun üçün istifadəçidən sadəcə “Open Closed Eyes” funksiyasını aktivləşdirmək və insanın kameraya baxdığı fotoşəkilləri göstərmək tələb olunur. Xüsusi alqoritm modelin baxışını “yadda saxladıq”dan sonra digər şəkilləri avtomatik redaktə edə biləcək.

Bundan əlavə, yenilənmiş proqram sifətləri tanıyır və daha uğurlu kadrları müstəqil seçir. Bu funksiya da “Open Closed Eyes” kimi süni intellekt əsasında işləyir.

Bildirilir ki, “Photoshop Elements 2018” proqramında, həmçinin fonun dəyişdirilməsi, qoşa ekspozisiya effekti və müxtəlif bədii effektlər kimi proseslər avtomatlaşdırılıb. Yeni funksiyalar əsasən smartfonla şəkillər çəkməyə vərdiş edən istifadəçilər üçün nəzərdə tutulub.

Nizam Nuriyev 




Baxış sayı: 495

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024