Tarix:06/10/17
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, “Edge” mobil versiyası “Windows 10” əməliyyat sistemli kompüter və smartfon arasında informasiyanı tez ötürməyə imkan verəcək. Məsələn, istifadəçilər digər qurğuda açılan səhifələrə baxa, eləcə də yaddaşda saxlanılmış parolları sinxronlaşdıra biləcəklər.
Məlumata görə, hazırda beta versiya şəklində mövcud olan “Edge” mobil brauzerini “TestFlight” əlavələrin sınağı servisi vasitəsilə yükləmək mümkündür. Bundan başqa, proqram hələlik planşetlərlə işi dəstəkləmir.
Testlərdə iştirak üçün istifadəçilərdən “Microsoft” rəsmi saytında qeydiyyatdan keçmək tələb olunur.
Qeyd edək ki, köhnəlmiş “Internet Explorer” brauzerini əvəzləyən “Microsoft Edge” 2015-ci ildə “Windows 10” əməliyyat sistemi ilə birlikdə istifadəyə verilib. Əvvəllər proqram yalnız “Windows” sistemli qurğuları dəstəkləyib.
Nizam Nuriyev
“Microsoft Edge” brauzeri “iOS” və “Android” sistemli qurğularda quraşdırılacaq
“Microsoft” korporasiyası “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün “Edge” brauzerini təqdim etmək niyyətindədir. Bu barədə korporasiyanın rəsmi bloqunda deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, “Edge” mobil versiyası “Windows 10” əməliyyat sistemli kompüter və smartfon arasında informasiyanı tez ötürməyə imkan verəcək. Məsələn, istifadəçilər digər qurğuda açılan səhifələrə baxa, eləcə də yaddaşda saxlanılmış parolları sinxronlaşdıra biləcəklər.
Məlumata görə, hazırda beta versiya şəklində mövcud olan “Edge” mobil brauzerini “TestFlight” əlavələrin sınağı servisi vasitəsilə yükləmək mümkündür. Bundan başqa, proqram hələlik planşetlərlə işi dəstəkləmir.
Testlərdə iştirak üçün istifadəçilərdən “Microsoft” rəsmi saytında qeydiyyatdan keçmək tələb olunur.
Qeyd edək ki, köhnəlmiş “Internet Explorer” brauzerini əvəzləyən “Microsoft Edge” 2015-ci ildə “Windows 10” əməliyyat sistemi ilə birlikdə istifadəyə verilib. Əvvəllər proqram yalnız “Windows” sistemli qurğuları dəstəkləyib.
Nizam Nuriyev
Baxış sayı: 517
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)