12px13px15px17px
Tarix:06/10/17

Akkumulyatoru ən çox işləyən smartfon müəyyənləşib

Ekspertlər dünyanın ən populyar smartfon modellərinin akkumulyator batareyalarının avtonom iş müddətinin təhlilini aparıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, smartfonlar arasında bu göstərici üzrə ən yaxşı nəticəni avtonom iş vaxtı 10 saat təşkil edən testdən uğurla keçən “iPhone 8 Plus” modeli nümayiş etdirib. Bu göstərici üzrə ikinci yeri “HTC U11” smartfonu tutub.  

Mütəxəssislərin fikrincə, “iPhone 8 Plus” modelinin akkumulyatorunun keyfiyyətli və öz potensialına qənaət edərək işləməsinə qurğuda istifadə olunan “A11 Bionic” prosessoru xidmət edir.

Bundan başqa, ekspertlər tərəfindən “Android” sistemli qurğuların akkumulyator batareyalarının enerjisinin “iPhone” modelləri ilə müqayisədə daha tez bitməsi qeyd olunub. Bununla yanaşı, onların enerji ilə doldurulma prosesinin iki dəfə tez olması üstünlük təşkil edir.

Bildirilir ki, “Apple” şirkətinin bu uğuruna baxmayaraq ABŞ istehsalçısının məhsullarının populyarlığında tədricən azalma müşahidə olunur. Belə ki, 2015-ci ilin ilk altı ayı ərzində şirkətin 4,7 düym ekranlı smartfonlar bazarında payı 10 faiz təşkil etdiyi halda bu il iki dəfə azalma qeydə alınıb.

Qeyd edək ki, bir müddət əvvəl elektron qurğular bazarı üzrə analitiklər lider smartfon istehsalçıları qarşısında avtonomluq daxil olmaqla müəyyən vəzifələrin qoyulmasını açıqlayıblar.  

Nizam Nuriyev 




Baxış sayı: 323

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024