12px13px15px17px
Tarix:07/10/17

Mobil telefonlar bazarında gəlirlərin 80 faizi bahalı modellərin payına düşüb

“Counterpoint” analitik şirkəti 2017-ci ilin ikinci rübündə dünya mobil telefonlar bazarında gəlirlərin 10 faiz azalmasını qeydə alıb. Azalmaya əsas səbəb kimi mütəxəssislər nisbətən ucuz “iPhone” modellərinin payının artması, Çinin “Xiaomi” kimi brend qurğularının populyarlaşması, eləcə də orta qiymət kateqoriyalı “Samsung” qurğularına üstünlük verilməsi kimi amilləri qeyd edirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, mobil telefonların ümumi tədarük həcmində payı 9 faizə bərabər olan “Apple” şirkəti sahədə ümumi gəlir məbləğinin 65 faizindən çoxuna sahib çıxmaqla əvvəlki rüblük göstəricisini 2,3 faiz yaxşılaşdırıb.

Bildirilir ki, 22,3 faiz payla ikinci yeri tutan “Samsung” şirkəti ötən il “Note 7” modelinin uğursuzluğundan sonra əvvəlki vəziyyətinə qayıtmasına və onun yeni qabaqcıl “Galaxy S8” və “S8 Plus” modellərinin populyarlığının artmasına baxmayaraq Cənubi Koreya istehsalçısının mobil telefonlar bazarında gəlirləri illik hesablamada təxminən 30 faiz azalıb.

Məlumata görə, Çinin aparıcı “Huawei”, “Oppo” və “Vivo” istehsalçılarının cari ilin aprel-iyununda ümumi gəliri 1 milyard dolları ötərək ötən ilin göstəricisi ilə müqayisədə 43 faiz yüksəlib. Faiz ifadəsində istehsalçıların payı müvafiq olaraq, 4,1, 4 və 3 faiz təşkil edib, halbuki bir il əvvəl bu göstərici 2, 3 və 1,9 faizə bərabər olub. Analitiklər qeyd edir ki, Çin brendləri qurğuların yüksək keyfiyyəti, cəlbedici qiymətləri, eləcə də aqressiv marketinq strategiyası və çoxsaylı reklam kampaniyaları sayəsində sahə liderləri ilə müqayisədə daha yüksək artım tempi nümayiş etdirirlər.

Bazarı ümumilikdə xarakterizə edən mütəxəssislər əlavə edib ki, qiyməti 400 dollardan yüksək qurğuların aid edildiyi bahalı (premium) seqment ikinci rübdə dünya mobil telefonlar bazarında gəlirlərin 80 faizini təmin edib.  

Seqmentin lideri əksər qurğularının qiyməti 400 dolları ötən “Apple” olub. Mütəxəssislərin hesablamalarına görə, ABŞ istehsalçısının bu kateqoriyalı modellər üzrə mobil telefonlardan gəliri 96 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, bahalı “Samsung” qurğularının payı 66 faizə bərabər olub.

Nizam Nuriyev 




Baxış sayı: 372

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024