Tarix:09/10/17
"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, işlər davam edir və yerli hakimiyyət artıq "Google" aerostatlarından telekommunikasiya xidmətlərinin göstərilməsi üçün istifadəyə icazə verib. Hazırda mütəxəssislər avadanlığın gələcək inteqrasiyası və sazlanması ilə məşğuldurlar.
Bildirilir ki, sentyabrın 29-da xidmətlərini təklif edən mütəxəssislər analoji şəkildə mobil rabitənin fəaliyyətini, o cümlədən bir müddət əvvəl Peruda leysan yağışlar səbəbindən telekommunikasiya qüllələrinin və digər avadanlıqların sıradan çıxdığı əksər xidmətlərin işini bərpa etdiklərini bildiriblər.
Bərpa işləri bir neçə gündür davam etməsinə baxmayaraq ABŞ Federal Rabitə Komissiyası hələ çoxlu görüləsi işin olmasını bəyan edərək bəzi yerlərdə mobil rabitə və internetin 20 faiz bərpa edilməsini, bir sıra regionlarda isə ümumiyyətlə bərpa edilmədiyini qeyd edib.
Qeyd edək ki, "Project Loon" proqramı çərçivəsində "Google" günəş batareyalarından enerji alan yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş aerostatlar vasitəsilə internetin paylanmasını həyata keçirir. Şirkət nümayəndələrinin sözlərinə görə, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrinin sürəti ilə eyni səviyyədə olacaq.
"Project Loon" layihəsinin sınaqları 2013-cü ildə Yeni Zelandiyada keçirilib. "Google" Kenterberi regionunda yerli sakinlərdən olan 50 könüllünü internetlə təmin edən 30 şarı havaya buraxıb.
Bu ilin fevralında "Project Loon" mütəxəssisləri dünyada "Loon" hava şarları vasitəsilə internet şəbəkəsinin yaradılması ideyasından imtina edərək konkret regionların internetlə təmini üçün istifadə ediləcək azsaylı hava şarları ilə məhdudlaşmaq qərarına gəliblər. Mühəndislər bunun üçün kompüter təliminin köməyi ilə "Loon" hava şarlarına müxtəlif hava axınları arasında hərəkət etməklə lazımi ərazidə qalmağa imkan verən alqoritm yaradıblar.
Aerostatlar "Google" tərəfindən simsiz interneti qurmaq üçün ən sadə və ən ucuz üsul olması səbəbindən seçilib. Mürəkkəb infrastruktur yaratmaq və dağlarla, eləcə də Yer kürəsinin digər ucqar yerləri ilə kabellər çəkmək əvəzinə, belə üsulla planetin hazırda internetə çıxış imkanından məhrum olan əhalisinin 2/3 hissəsi şəbəkəyə qoşula biləcək.
Nizam Nuriyev
“Google” aerostatları Puerto-Rikoda mobil rabitəni bərpa edib
"Google" şirkətinə məxsus ABŞ-ın "Alphabet" holdinqinin innovativ laboratoriyasının mütəxəssisləri "Project Loon" hava şarları vasitəsilə Puerto-Rikonun "İrma" və "Mariya" qasırğalarından ziyan çəkən bir sıra ərazilərində mobil rabitəni qismən bərpa etməyə nail olublar."ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, işlər davam edir və yerli hakimiyyət artıq "Google" aerostatlarından telekommunikasiya xidmətlərinin göstərilməsi üçün istifadəyə icazə verib. Hazırda mütəxəssislər avadanlığın gələcək inteqrasiyası və sazlanması ilə məşğuldurlar.
Bildirilir ki, sentyabrın 29-da xidmətlərini təklif edən mütəxəssislər analoji şəkildə mobil rabitənin fəaliyyətini, o cümlədən bir müddət əvvəl Peruda leysan yağışlar səbəbindən telekommunikasiya qüllələrinin və digər avadanlıqların sıradan çıxdığı əksər xidmətlərin işini bərpa etdiklərini bildiriblər.
Bərpa işləri bir neçə gündür davam etməsinə baxmayaraq ABŞ Federal Rabitə Komissiyası hələ çoxlu görüləsi işin olmasını bəyan edərək bəzi yerlərdə mobil rabitə və internetin 20 faiz bərpa edilməsini, bir sıra regionlarda isə ümumiyyətlə bərpa edilmədiyini qeyd edib.
Qeyd edək ki, "Project Loon" proqramı çərçivəsində "Google" günəş batareyalarından enerji alan yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş aerostatlar vasitəsilə internetin paylanmasını həyata keçirir. Şirkət nümayəndələrinin sözlərinə görə, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrinin sürəti ilə eyni səviyyədə olacaq.
"Project Loon" layihəsinin sınaqları 2013-cü ildə Yeni Zelandiyada keçirilib. "Google" Kenterberi regionunda yerli sakinlərdən olan 50 könüllünü internetlə təmin edən 30 şarı havaya buraxıb.
Bu ilin fevralında "Project Loon" mütəxəssisləri dünyada "Loon" hava şarları vasitəsilə internet şəbəkəsinin yaradılması ideyasından imtina edərək konkret regionların internetlə təmini üçün istifadə ediləcək azsaylı hava şarları ilə məhdudlaşmaq qərarına gəliblər. Mühəndislər bunun üçün kompüter təliminin köməyi ilə "Loon" hava şarlarına müxtəlif hava axınları arasında hərəkət etməklə lazımi ərazidə qalmağa imkan verən alqoritm yaradıblar.
Aerostatlar "Google" tərəfindən simsiz interneti qurmaq üçün ən sadə və ən ucuz üsul olması səbəbindən seçilib. Mürəkkəb infrastruktur yaratmaq və dağlarla, eləcə də Yer kürəsinin digər ucqar yerləri ilə kabellər çəkmək əvəzinə, belə üsulla planetin hazırda internetə çıxış imkanından məhrum olan əhalisinin 2/3 hissəsi şəbəkəyə qoşula biləcək.
Nizam Nuriyev
Baxış sayı: 347
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet