12px13px15px17px
Tarix:10/10/17

“Microsoft” şirkəti “Windows 10 Phone” sisteminin uğursuzluğunu etiraf edib

“Microsoft” şirkətinin icraçı direktoru Co Belfior deyib ki, şirkət “Windows 10 Mobile” üçün yeni qurğu və yeniləmələr yaratmayacaq. O, bu haqda “Twitter”də yazıb.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, "əlbəttə, biz platformanı dəstəkləməyə davam edəcəyik… Boşluqları aradan qaldıracaq və təhlükəsizlik yeniləmələri çıxaracağıq – Belfior deyib. – Amma yeni funksiya və qurğuların buraxılışı planlaşdırılmır".

O, həmçinin bildirib ki, proqram nəhəngi mobil proqram tərtibatçılarını cəlb etməyə çalışıb. Ancaq istifadəçilərin mobil sistemə zəif marağı bir çox şirkətləri platformaya sərmayə qoymaqdan çəkindirib.

Emil Hüseynov




Baxış sayı: 265

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024