Tarix:10/10/17
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, şirkətin məlumatına görə, 2020-ci ilədək istifadəçilərin təxminən 50 faizi televiziya və video konteninə smartfon, planşet və noutbuklar vasitəsilə baxacaq. Beləliklə, mobil baxış 2010-cu illə müqayisədə 85 faiz artacaq.
Bildirilir ki, daha çox artım baxışda payı 25 faizə bərabər olacaq smartfonlar seqmentində gözlənilir. Son 5 ildə smartfonlarda videokontentdən istifadə edən istifadəçilərin sayı 2 dəfə artaraq 70 faizə yaxınlaşıb.
Tədqiqatçılar bildirib ki, hazırda televiziya verilişlərinə, film və seriallara baxmaq üçün çoxlu imkanlar mövcuddur. İstifadəçilər kabel televiziyası, birbaşa efirdə və internetdə sifarişlə translyasiyalar, yükləmə üçün kontent və yazılmış kontent, eləcə də “DVD” və “Blu-ray” qurğularında film və verilişlərdən yararlana bilərlər. Seçim zənginliyi orta həftəlik baxış göstəricisinin rekord 30 saata çatmasına səbəb olub.
Bununla yanaşı, tamaşaçılar sifarişlə edilən kontentlə daha çox maraqlanmağa başlayıblar: respondentlərin 60 faizi belə baxış üsulunu efir kanallarından üstün tutub. Hazırda hər beş istifadəçidən ikisi oxşar xidmətlərə görə ödənişlər edir. Rəyi soruşulanların 32 faizi isə yaxın 6-12 ay ərzində belə servislər üçün xərcləri artırmaq niyyətində olmasını bildirib. Maraqlıdır ki, istifadəçilərin üçdə bir hissəsindən çoxu xarici ölkələrdə səfərdə olan zaman kontentdən istifadə imkanına malik olmaq istəyir.
Bildirilir ki, daha çox mühafizəkar mövqeyi 60-69 yaşlı tamaşaçılar tutub: 80 faiz halda onlar ənənəvi televiziyaya üstünlük verib. Eyni zamanda 16-19 yaşlı insanlar arasında baxışların yarısından çoxu sifarişlə edilən videonun payına düşür və kontentin 60 faizinə mobil qurğu ekranlarından baxılır.
Həmçinin tədqiqatçılar vurğulayır ki, seçim rəngarəngliyinə görə istifadəçilər maraqlı kontentin axtarışına gündə təxminən 36 dəqiqə vaxt sərf etməli olurlar. Onun 20 dəqiqəsi ənənəvi televiziyada verilişlərin axtarışına, 16 dəqiqəsi sifarişli videonun seçiminə sərf olunur. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə tamaşaçılar bu əməliyyata gündə 27 dəqiqə sərf ediblər.
Nizam Nuriyev
2020-ci ilədək tamaşaçıların yarısı televizorları mobil qurğularla əvəzləyəcək
“Ericsson” şirkəti televiziya və medianın insanların gündəlik həyatında roluna həsr edilən tədqiqatın nəticələrini təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, şirkətin məlumatına görə, 2020-ci ilədək istifadəçilərin təxminən 50 faizi televiziya və video konteninə smartfon, planşet və noutbuklar vasitəsilə baxacaq. Beləliklə, mobil baxış 2010-cu illə müqayisədə 85 faiz artacaq.
Bildirilir ki, daha çox artım baxışda payı 25 faizə bərabər olacaq smartfonlar seqmentində gözlənilir. Son 5 ildə smartfonlarda videokontentdən istifadə edən istifadəçilərin sayı 2 dəfə artaraq 70 faizə yaxınlaşıb.
Tədqiqatçılar bildirib ki, hazırda televiziya verilişlərinə, film və seriallara baxmaq üçün çoxlu imkanlar mövcuddur. İstifadəçilər kabel televiziyası, birbaşa efirdə və internetdə sifarişlə translyasiyalar, yükləmə üçün kontent və yazılmış kontent, eləcə də “DVD” və “Blu-ray” qurğularında film və verilişlərdən yararlana bilərlər. Seçim zənginliyi orta həftəlik baxış göstəricisinin rekord 30 saata çatmasına səbəb olub.
Bununla yanaşı, tamaşaçılar sifarişlə edilən kontentlə daha çox maraqlanmağa başlayıblar: respondentlərin 60 faizi belə baxış üsulunu efir kanallarından üstün tutub. Hazırda hər beş istifadəçidən ikisi oxşar xidmətlərə görə ödənişlər edir. Rəyi soruşulanların 32 faizi isə yaxın 6-12 ay ərzində belə servislər üçün xərcləri artırmaq niyyətində olmasını bildirib. Maraqlıdır ki, istifadəçilərin üçdə bir hissəsindən çoxu xarici ölkələrdə səfərdə olan zaman kontentdən istifadə imkanına malik olmaq istəyir.
Bildirilir ki, daha çox mühafizəkar mövqeyi 60-69 yaşlı tamaşaçılar tutub: 80 faiz halda onlar ənənəvi televiziyaya üstünlük verib. Eyni zamanda 16-19 yaşlı insanlar arasında baxışların yarısından çoxu sifarişlə edilən videonun payına düşür və kontentin 60 faizinə mobil qurğu ekranlarından baxılır.
Həmçinin tədqiqatçılar vurğulayır ki, seçim rəngarəngliyinə görə istifadəçilər maraqlı kontentin axtarışına gündə təxminən 36 dəqiqə vaxt sərf etməli olurlar. Onun 20 dəqiqəsi ənənəvi televiziyada verilişlərin axtarışına, 16 dəqiqəsi sifarişli videonun seçiminə sərf olunur. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə tamaşaçılar bu əməliyyata gündə 27 dəqiqə sərf ediblər.
Nizam Nuriyev
Baxış sayı: 300
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet