12px13px15px17px
Tarix:11/10/17

“Samsung Galaxy S9” smartfonu “Snapdragon 845” prosessoru ilə təchiz ediləcək

“Samsung” şirkəti buraxılacaq qabaqcıl “Galaxy S9” və “S9+” modelləri üçün “Qualcomm Snapdragon 845” prosessorlarının alışını həyata keçirib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “Snapdragon 845” çipi ilə ABŞ bazarı üçün nəzərdə tutulan “Galaxy S9” və “S9+” modellərinin təchiz ediləcəyi gözlənilir. Digər smartfon istehsalçıları yeni prosessoru Cənubi Koreya şirkətindən gec əldə edəcəklər. Bu isə öz növbəsində “Samsung” şirkətinə rəqiblər üzərində üstünlük qazanmağa imkan verəcək.

Məlumata görə, oxşar vəziyyət bu ilin əvvəlində “S8” və “Snapdragon 835” ilə bağlı baş verib. “Samsung” satışa çıxarılan bütün çipləri satın alaraq “LG” şirkətini “G6” modelində köhnə “Snapdragon 821” prosessorundan istifadəyə məcbur edib, digər şirkətlər isə tədarükləri lazımi sayda təmin etmək üçün qabaqcıl smartfonların buraxılışını bir neçə ay müddətinə təxirə salmalı olublar.  

Bildirilir ki, “S9” və “S9+” qurğuları adəti üzrə əvvəllər olduğundan 1 ay tez - növbəti ilin martın ortalarında satışa çıxarılacaq. Bunun belə olacağı təqdirdə yeni qabaqcıl “Samsung” smartfonlarının fevralın sonunda “Mobile World Congress” konfransında nümayiş olunacağını ehtimal etmək olar.

Qeyd edək ki, “Qualcomm” çipləri “Apple” şirkətinin yeni “A11 Bionic” texnologiyası ilə rəqabət aparacaq.
Bir müddət əvvəl “Samsung” şirkətinin “Galaxy S9” üçün displey modullarının istehsalına nəzərdə tutulan müddətdən tez başlaması barədə məlumatlar yayılıb.

Nizam Nuriyev 




Baxış sayı: 324

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024