12px13px15px17px
Tarix:11/10/17

Qlobal fərdi kompüter bazarının həcmi artıq 3 il ardıcıl azalır

“Gartner” analitik şirkətinin 2017-ci ilin üçüncü rübü üzrə ilkin məlumatlarına əsasən, demək olar ki, qlobal kompüter sektorunda artıq üç il ardıcıl azalma qeydə alınır.

Bu dövrdə dünyada təxminən 67 milyon masaüstü və noutbuk istehsal edilib ki, bu da ötən illə müqayisədə 3,6% azdır.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, "EMEA (Avropa, Yaxın Şərq, Afrika), Yaponiya və Latın Amerikası daxil olmaqla əsas regionlarda fərdi kompüter (FK) sənayesində sabitləşmə əlamətlərinə baxmayaraq, Amerika bazarının həcminin azalması öz təsirini göstərib – “Gartner” şirkətinin baş analitiki Mika Kitaqava deyib. “Windows 10” sisteminin quraşdırılması nəticəsində kompüterlərə artan korporativ tələbat bütün regionlarda FK-in tədarükünə təkan verib, ancaq regiondan asılı olaraq sistemlərin yenilənmə müddəti dəyişilir".

“Gartner”in məlumatına görə, hazırda komponent çatışmazlığı müşahidə olunur. Cari ilin üçüncü rübündə əməli yaddaşın (DRAM) çatışmazlığı daha çox hiss olunub.

Hesabata görə, 2017-ci ilin iyul-sentyabrında “HP Inc.” və “Lenovo” şirkətləri kompüter tədarükünə görə birinci yeri bölüşdürüblər.

Emil Hüseynov




Baxış sayı: 321

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024