Tarix:12/10/17
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, modelin əsas xüsusiyyətlərindən biri onun suyadavamlı olmasındadır. Qurğu "IP67" standartına uyğun hazırlanıb ki, bu da hətta 1 metrədək suyun dərinliyində yarım saatdan çox qaldıqdan sonra işləmək imkanına zəmanət verir. Lakin 10,1 düym diaqonallı planşetin müsbət cəhətləri bununla məhdudlaşmır. Məsələn, qurğu, həmçinin fərdi məlumatların mühafizəsi üçün barmaq izi skaneri ilə təchiz edilib.
Məlumata görə, "Honor WaterPlay" ilk növbədə əyləncə üçün yaradılıb. Suyadavamlılıq ondan hamamda, hovuzda və ya çimərlikdə istifadəyə imkan verir. Aşağı tərəfdə iki dinamik yerləşir ki, bu da planşeti videoya baxmaq və ya oyunlar oynamaq üçün əlverişli həll edir. Qurğu "Android 7.0 Nougat" əməliyyat sistemi əsasında "EMUI 5.1" interfeysinin idarəetməsi ilə işləyir. Ekranın bölünməsi funksiyası eyni anda iki əlavə ilə işləməyə imkan verir.
Bildirilir ki, "Honor WaterPlay" "Full HD" təsvir ölçülü ekran, 2,36 QHs takt tezlikli səkkiznüvəli "Kirin 659" prosessor, "Mali-T830 MP2" qrafik sürətləndiricisi, 3/4 giqabaytlıq operativ yaddaş, "microSD" yaddaş kartları ilə 256 giqabaytadək genişləndirmə imkanına malik 32/64 giqabaytlıq quraşdırılmış yaddaş və 6 600 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Planşeti "USB Type-C" çıxışı vasitəsilə enerji ilə doldurmaq mümkündür. Bundan əlavə, qurğu 8 meqapikselli əsas və 5 meqapikselli ön kameralara malikdir. Çəkisi 465 qram təşkil edən planşetin qabaritləri 248 x 173 x 7,8 millimetr təşkil edir.
Satışa oktyabrın 24-dən etibarən çıxarılacaq "Honor WaterPlay" planşetinin qiyməti 300 dollara bərabər olacaq. "4G LTE" şəbəkəsini dəstəkləyən, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşa malik olacaq qabaqcıl versiyanın qiyməti isə 410 dollar təşkil edəcək.
Nizam Nuriyev
Yeni “Honor WaterPlay” planşeti sukeçirməz olacaq
"Honor" şirkəti "WaterPlay" planşet kompüterini təqdim edib."ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, modelin əsas xüsusiyyətlərindən biri onun suyadavamlı olmasındadır. Qurğu "IP67" standartına uyğun hazırlanıb ki, bu da hətta 1 metrədək suyun dərinliyində yarım saatdan çox qaldıqdan sonra işləmək imkanına zəmanət verir. Lakin 10,1 düym diaqonallı planşetin müsbət cəhətləri bununla məhdudlaşmır. Məsələn, qurğu, həmçinin fərdi məlumatların mühafizəsi üçün barmaq izi skaneri ilə təchiz edilib.
Məlumata görə, "Honor WaterPlay" ilk növbədə əyləncə üçün yaradılıb. Suyadavamlılıq ondan hamamda, hovuzda və ya çimərlikdə istifadəyə imkan verir. Aşağı tərəfdə iki dinamik yerləşir ki, bu da planşeti videoya baxmaq və ya oyunlar oynamaq üçün əlverişli həll edir. Qurğu "Android 7.0 Nougat" əməliyyat sistemi əsasında "EMUI 5.1" interfeysinin idarəetməsi ilə işləyir. Ekranın bölünməsi funksiyası eyni anda iki əlavə ilə işləməyə imkan verir.
Bildirilir ki, "Honor WaterPlay" "Full HD" təsvir ölçülü ekran, 2,36 QHs takt tezlikli səkkiznüvəli "Kirin 659" prosessor, "Mali-T830 MP2" qrafik sürətləndiricisi, 3/4 giqabaytlıq operativ yaddaş, "microSD" yaddaş kartları ilə 256 giqabaytadək genişləndirmə imkanına malik 32/64 giqabaytlıq quraşdırılmış yaddaş və 6 600 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Planşeti "USB Type-C" çıxışı vasitəsilə enerji ilə doldurmaq mümkündür. Bundan əlavə, qurğu 8 meqapikselli əsas və 5 meqapikselli ön kameralara malikdir. Çəkisi 465 qram təşkil edən planşetin qabaritləri 248 x 173 x 7,8 millimetr təşkil edir.
Satışa oktyabrın 24-dən etibarən çıxarılacaq "Honor WaterPlay" planşetinin qiyməti 300 dollara bərabər olacaq. "4G LTE" şəbəkəsini dəstəkləyən, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşa malik olacaq qabaqcıl versiyanın qiyməti isə 410 dollar təşkil edəcək.
Nizam Nuriyev
Baxış sayı: 386
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet