12px13px15px17px
Tarix:12/10/17

“OUKITEL K8000” smartfonu böyük akkumulyator tutumu ilə təchiz ediləcək

“OUKITEL” şirkəti smartfon üçün 10 min milliamper/saat tutumunun çox olması qərarına gələrək “К10000” modelinin buraxılışından sonra nisbətən az tutuma malik qurğu buraxmağa hazırlaşır. Belə ki, “OUKITEL К8000” adlanacaq yeni smartfonun akkumulyator tutumu 8 min milliamper/saat təşkil edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, yuxarıda qeyd edilən böyük akkumulyator tutumuna malik model bir dəfə enerji ilə doldurmaqla bir həftə işlədiyi halda “OUKITEL К8000” smartfonunun avtonom iş vaxtı 5 günə yaxın olacaq. İstehsalçı nümayəndələrinin sözlərinə görə, smartfon akkumulyator tutumunun böyüklüyünə görə dünyada ikincidir.

Məlumata görə, yeni “K8000” qurğusunun digər müsbət xüsusiyyəti kimi “Samsung AMOLED” matrisalı 5,5 düym diaqonallı ekranı qeyd etmək mümkündür. Displey minimum enerji sərf edən işıqlandırma sisteminə malikdir ki, bu da smartfona həyat resurslarına qənaət etməyə imkan verir. Enerji sərfiyyatına səmərəliliyi onunla optimallaşdırılan “Android 7.0” əməliyyat sistemi də əlavə edir.

Bildirilir ki, alümin “unibody”  korpusuna malik “K8000” 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Bundan əlavə, qurğu 80 dərəcə baxış bucaqlı 16 və 2 meqapikselli iki qoşa arxa kameraya və 13 meqapikselli ön sensora malikdir.

Hazırda satışa çıxarılmağa hazırlaşan “OUKITEL K8000” smartfonu barədə ətraflı məlumatı istehsalçının rəsmi saytından əldə etmək olar.

Nizam Nuriyev 




Baxış sayı: 154

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Fevral 2018

17 02 2018

17/02/18
“Android” sistemi üçün təhlükələrə həsr edilən hesabat təqdim olunub

Ekspertlərin məlumatına görə, 2017-ci ildə “Android” üçün fırıldaqçı proqramların payında 

17/02/18
Gözdən əlillər üçün virtual reallıq proqramı yaradılıb

ABŞ-ın “Microsoft” korporasiyası gözdən əlillərə məkanda istiqaməti müəyyənləşdirməyə kömək edəcək 

17/02/18
“Nvidia” süni intellekti insanları müşahidə edəcək

“Nvidia” videokart istehsalçısı “AnyVision” şirkəti ilə birlikdə “ağıllı” videomüşahidə sistemi ü

17/02/18
“Windows 10” sistemində yüksək məhsuldarlıqlı rejim istifadəyə veriləcək

“Microsoft” korporasiyası “Windows 10 Insider” test proqramının iştirakçıları üçün növbəti yenilə