Tarix:12/10/17
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, hazırlanan komponent ətraf havanın keyfiyyətini analiz edərək istifadəçiləri onların olduğu mühitin həyati informasiyası barədə məlumatlandıracaq. Cənubi Koreyada verilən patentə görə, skaneri smarton, planşet və “ağıllı” saatlara quraşdırmaq mümkün olacaq.
“Samsung” nümayəndələrinin fikrincə, bazardakı mövcud ötürücülər qeyri-mükəmməldir - onlar ya çox böyük, ya çox kiçikdir, ya da kifayət qədər həssas deyil. Patent hüququ kompakt ölçüyə malik və yüksək dəqiqlikli göstəriciliyi ilə seçilən kəşf üçün əldə edilib. Yeni skanerin səthiliyi korpusun ölçüsünü artırmadan onu smartfona quraşdırmağa imkan verəcək.
Bildirilir ki, müasir smartfonlar gözlənilən pis hava şəraiti barədə xəbərdarlıq edə bilirlər. Hava və çirkləndirmənin keyfiyyətinin analizi dünyanın böyük şəhərlərinin sakinləri, xüsusilə Asiyanın əhalisi sıx əraziləri üçün vacib informasiya hesab edilir.
Məlumata görə, ötürücü havanın təmizliyini qiymətləndirərək çirkdən mühafizə üçün maskanın nə vaxt geyilməsi barədə məlumat verəcək. Bundan başqa, xarici ölkələrə səfər edən insanlar məlumatları real vaxt rejimində yoxlaya və lazımi tədbirlər görə biləcəklər.
Bundan əvvəl “Samsung” günəş aktivliyinin artması barədə xəbərdarlıq edən ultrabənövşəyi şüalandırma ötürücüsünə malik “Galaxy” modelləri təqdim edib. Yeni sensorun çoxsaylı istifadəçilər üçün faydalı olacağı gözlənilir.
Kəşfin Cənubi Koreya istehsalçısının yeni smartfonlarında quraşdırılma müddəti və 2018-ci ildə buraxılacaq “Samsung Galaxy S9” modelinin onunla təchiz ediləcəyi barədə məlumat verilmir.
Nizam Nuriyev
Gələcək “Samsung Galaxy” modellərində ətraf mühiti qiymətləndirən skaner quraşdırılacaq
“Samsung” şirkəti smartfona quraşdırılmaqla havanın çirkləndirilməsinin analizini aparan ötürücü üçün patent hüququ alıb.“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, hazırlanan komponent ətraf havanın keyfiyyətini analiz edərək istifadəçiləri onların olduğu mühitin həyati informasiyası barədə məlumatlandıracaq. Cənubi Koreyada verilən patentə görə, skaneri smarton, planşet və “ağıllı” saatlara quraşdırmaq mümkün olacaq.
“Samsung” nümayəndələrinin fikrincə, bazardakı mövcud ötürücülər qeyri-mükəmməldir - onlar ya çox böyük, ya çox kiçikdir, ya da kifayət qədər həssas deyil. Patent hüququ kompakt ölçüyə malik və yüksək dəqiqlikli göstəriciliyi ilə seçilən kəşf üçün əldə edilib. Yeni skanerin səthiliyi korpusun ölçüsünü artırmadan onu smartfona quraşdırmağa imkan verəcək.
Bildirilir ki, müasir smartfonlar gözlənilən pis hava şəraiti barədə xəbərdarlıq edə bilirlər. Hava və çirkləndirmənin keyfiyyətinin analizi dünyanın böyük şəhərlərinin sakinləri, xüsusilə Asiyanın əhalisi sıx əraziləri üçün vacib informasiya hesab edilir.
Məlumata görə, ötürücü havanın təmizliyini qiymətləndirərək çirkdən mühafizə üçün maskanın nə vaxt geyilməsi barədə məlumat verəcək. Bundan başqa, xarici ölkələrə səfər edən insanlar məlumatları real vaxt rejimində yoxlaya və lazımi tədbirlər görə biləcəklər.
Bundan əvvəl “Samsung” günəş aktivliyinin artması barədə xəbərdarlıq edən ultrabənövşəyi şüalandırma ötürücüsünə malik “Galaxy” modelləri təqdim edib. Yeni sensorun çoxsaylı istifadəçilər üçün faydalı olacağı gözlənilir.
Kəşfin Cənubi Koreya istehsalçısının yeni smartfonlarında quraşdırılma müddəti və 2018-ci ildə buraxılacaq “Samsung Galaxy S9” modelinin onunla təchiz ediləcəyi barədə məlumat verilmir.
Nizam Nuriyev
Baxış sayı: 373
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet