12px13px15px17px
Tarix:12/10/17

“Amazon” şirkəti sukeçirməz bukrider təqdim edib

“Amazon” şirkəti “Kindle” seriyasının 10 illiyi münasibətilə ilk sukeçirməz bukriderini təqdim edib. “Kindle Oasis” adlı yeni qurğu “IPX8” müdafiə sisteminə malikdir ki, bu da qurğunu 1 metr dərinliyində suda 30 dəqiqə saxlamağa imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Oasis” modeli görünüşcə ötən il təqdim olunmuş eyni adlı qabaqcıl modeldən az fərqlənir. Ekranın diaqonalı 7 düym təşkil edir. 2016-cı ilin bukriderindən fərqli olaraq yeni qurğuya akkumulyatorun işləmə müddətini artıran maqnit örtük qoşmaq olmaz. Həmçinin batareyanın ölçüsü böyüdülüb, lakin korpusun qalınlığı olduğu kimi (3,4 mm) saxlanılıb.

Ekranın sıxlığı əvvəlki kimi (1 düym üçün 300 piksel) saxlanılıb, ancaq  çoxsaylı işıq diodları sayəsində təsvir daha parlaq olub. Həmçinin “Kindle Oasis” modeli işığın parlaqlığını avtomatik tənzimləyən işıqlanma dərəcəsi datçiki, səhifələri çevirmək üçün fiziki düymələr, “Wi-Fi” və “4G LTE” modulları ilə təchiz edilib.

Cari ilin oktyabrında bukriderin tədarükünə başlanılacaq. 8 QB yaddaşa malik versiyanın qiyməti 250 dollar təşkil edəcək.

Emil Hüseynov




Baxış sayı: 386

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024