12px13px15px17px
Tarix:13/10/17

“Ağıllı” üzük kimyəvi və bioloji təhlükələri aşkarlayacaq

San Dieqo Kaliforniya Universitetinin tədqiqatçıları istifadəçinin yaxınlığındakı kimyəvi və bioloji təhlükələri aşkarlayan “ağıllı” üzük yaradıblar. 

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, üzük iki əsas hissədən ibarətdir. Qurğunun elektrokimyəvi qapağı konkret birləşmələrin müəyyənləşdirilməsinə xidmət edir. Onun altında isə qurğunun əsas elektronikasının quraşdırıldığı montaj platası yerləşir. Plata əldə edilən məlumatları emal edərək onları simsiz şəbəkə vasitəsilə istifadəçinin smartfon və ya kompüterinə göndərir.
 
Tədqiqatçıların sözlərinə görə, voltametrik və xronoampermetrik ölçmələr aparan üzük geniş spektrli təhlükələr aşkarlamaq qabiliyyətinə malikdir. Lakin hazırda alimlərin yaratdıqları prototip formasında olan üzük partlayıcı maddələrin və orqanofosfat maddələrin həm buxarlı, həm də maye fazasında aşkarlanması üçün optimallaşdırılıb.

Üzüyün yaradılması zamanı alimlər belə qənaətə gəlib ki, funksional daşınan qurğular insanların estetik tələblərinə cavab verəcəyi təqdirdə böyük fayda verəcək. Məhz bu səbəbdən onlar üzük formasında sensor yaradaraq onu dəbə uyğun etməyə çalışıblar.

Nizam Nuriyev 




Baxış sayı: 390

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024