12px13px15px17px
Tarix:14/10/17

“Facebook” gələcəyin virtual reallıq şlemini jurnalistlərə nümayiş etdirib

“Facebook” şirkəti “Oculus Connect 4” konfransında yeni virtual reallıq şleminin prototipini nümayiş etdirib. “Oculus Rift”, “HTC Vive” və “PlayStation VR”-dən fərqli olaraq, yeni prototip tamamilə müstəqil qurğudur, yəni onun işləməsi üçün nə kamera, nə kabel, nə oyun konsolu və ya fərdi kompüter lazım deyil: aktiv datçiklər qarniturda, hesablama bloku isə qurğunun daxilində yerləşir.
 
“Ars Technica” nəşri yazır ki, “Oculus Santa Cruz 2.0” qurğusu “Oculus Rift VR” modelindən, demək olar ki, fərqlənmir, yalnız daxili qulaqcıqların əvəzinə açıq səs sistemi tətbiq edilib. Amma şirkət 3D məkanda obyektlərlə qarşılıqlı əlaqə yaratmaq üçün istifadə olunan “Touch” kontrollerini sadələşdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Ars Technica” nəşrinin icmalçısı Sem Maçkoveç “Facebook”un innovativ həllini gələcəyin məhsulu adlandırıb. "Mən kabelin ayağıma dolaşacağından, həmçinin hərəkətlərimin veb kamera tərəfindən qeydə alınacağından narahat deyildim. Mən sadəcə oynayırdım" –  o öz təəssüratını bölüşüb və deyib ki, “Santa Cruz 2.0” öz analoqlarını  üstələyir.
 
Emil Hüseynov




Baxış sayı: 321

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024