Tarix:16/10/17
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, potensial təhlükə haqda “US-CERT” təşkilatı (ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bölmələrindən biri) məlumat verib. Ekspertlərin sözlərinə görə, “KRACK” hücumu hakerlərə “Wi-Fi” routerinə şifrlənməmiş formada (HTTPS qoşulmasız saytlarda daxil edilmiş kredit kartlarının nömrələri, təhlükəsizlik kameralarından videoaxınlar, loqin və parollar, həmçinin sadə mətn faylları) ötürülən məlumatları asanlıqla oxumağa imkan verir.
Aşkar edilmiş boşluğun texniki detalları hələ ki açıqlanmır. “US-CERT” təşkilatı 1 noyabr tarixində “ACM CCS” konfransında ətraflı məlumat verəcəyinə dair söz verib. Ancaq bəzi simsiz marşrutlayıcı istehsalçıları artıq təhlükəsizlik paketləri çıxarırlar.
Emil Hüseynov
“Wi-Fi” şifrləmə protokoluna müdaxilə edilib
Simsiz giriş nöqtəsi və qurğular arasında məlumatların təhlükəsiz ötürülməsini təmin edən “WPA2” (“Wi-Fi Protected Access II”) şifrləmə protokoluna müdaxilə edilib. Aşkar edilmiş boşluq ev və ya ofis şəbəkəsinin əhatə zonasında yerləşən hakerlərə “Wi-Fi” şəbəkəsinin parolunu ələ keçirməyə, internet trafiki dinləməyə və şifrlənməmiş rabitə kanalı üzrə ötürülən istənilən informasiyanı ələ keçirməyə imkan verir.“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, potensial təhlükə haqda “US-CERT” təşkilatı (ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bölmələrindən biri) məlumat verib. Ekspertlərin sözlərinə görə, “KRACK” hücumu hakerlərə “Wi-Fi” routerinə şifrlənməmiş formada (HTTPS qoşulmasız saytlarda daxil edilmiş kredit kartlarının nömrələri, təhlükəsizlik kameralarından videoaxınlar, loqin və parollar, həmçinin sadə mətn faylları) ötürülən məlumatları asanlıqla oxumağa imkan verir.
Aşkar edilmiş boşluğun texniki detalları hələ ki açıqlanmır. “US-CERT” təşkilatı 1 noyabr tarixində “ACM CCS” konfransında ətraflı məlumat verəcəyinə dair söz verib. Ancaq bəzi simsiz marşrutlayıcı istehsalçıları artıq təhlükəsizlik paketləri çıxarırlar.
Emil Hüseynov
Baxış sayı: 318
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet