12px13px15px17px
Tarix:17/10/17

“Xiaomi” şirkəti “Redmi 5A” smartfonunu təqdim edib

Çinin “Xiaomi” elektronika istehsalçısı yeni “Redmi 5A” smartfonunu təqdim edib. Qurğu teksturası metalı xatırladan plastik korpusa malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, aparat 1,4 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 425” prosessoru, 500 MHs tezlikli “Adreno 308” qrafik sürətləndiricisi, 2 QB-lıq əməli və 16 QB-lıq daxili yaddaşla təchiz edilib. Cihaz, həmçinin 1280x720 piksel təsvir ölçülü 5 düymlük ekrana malikdir.

128 QB tutumunda çıxarılıb taxılan “microSD” daşıyıcıları üçün konnektor nəzərdə tutulub. 13 meqapiksellik təsvir ölçüsünə malik əsas kamera “Full HD” formatında video yazmaq imkanına malikdir. Selfi və videozənglər üçün 5 meqapiksellik ön kamera nəzərdə tutulub.

Bundan başqa, aparat SİM kartlar üçün iki slot, “LTE” dəstəyi, infraqırmızı datçik, 3000 milliamper/saat tutumunda batareyaya malikdir və “Android 7.1” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
Qurğunun ölçüləri 140,4 x 70,1 x 8,35 mm, çəkisi 137 qram təşkil edir.

“Xiaomi Redmi 5A” modelinin qiyməti təxminən 90 dollardır.

Emil Hüseynov




Baxış sayı: 312

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024