Tarix:17/10/17
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, insayderlərin məlumatına görə, yenilənmiş “Galaxy A” istehsal xəttinə “Galaxy A3” (2018), “Galaxy A5” (2018) və “Galaxy A7” (2018) smartfonları daxil olacaq. 2160x1080 piksel təsvir ölçülü “Infinity Display” ekranı ilə təchiz ediləcək qurğular “Always On Display” funksiyasını dəstəkləyəcək.
“Galaxy A5” (2018) və “Galaxy A7” (2018) modellərinin “Exynos 7885” prosessor, 4 giqabaytlıq operativ yaddaş və 32 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunacağı gözlənilir. “Galaxy A3” (2018) modelinin xüsusiyyətləri barədə məlumat verilmir.
İnsayderlərin fikrincə, yeni smartfonlar arasında əsas fərq ekran diaqonalı olacaq: “Galaxy A5” (2018) modelində diaqonal ölçüsü 5,5 düym, “Galaxy A7” (2018) smartfonunda isə 6 düym təşkil edəcək. “IP68” standartı üzrə su və toz keçirməz olacaq qurğuların korpusu metaldan ibarət olacaq.
Bundan başqa, “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək yeni smartfonların ön qoşa kamera, “Samsung Pay” ödəniş sistemi və “USB Type-C” portu ilə təchiz ediləcəyi qeyd olunur.
Nizam Nuriyev
Yeni “Samsung” smartfonlarının videosu dərc edilib
“MySmartPrice” resursu rəsmən təqdim edilməyən “Samsung Galaxy A5” (2018) və “Galaxy A7” (2018) smartfonlarının nümayiş olunduğu videoçarx dərc edib.“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, insayderlərin məlumatına görə, yenilənmiş “Galaxy A” istehsal xəttinə “Galaxy A3” (2018), “Galaxy A5” (2018) və “Galaxy A7” (2018) smartfonları daxil olacaq. 2160x1080 piksel təsvir ölçülü “Infinity Display” ekranı ilə təchiz ediləcək qurğular “Always On Display” funksiyasını dəstəkləyəcək.
“Galaxy A5” (2018) və “Galaxy A7” (2018) modellərinin “Exynos 7885” prosessor, 4 giqabaytlıq operativ yaddaş və 32 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunacağı gözlənilir. “Galaxy A3” (2018) modelinin xüsusiyyətləri barədə məlumat verilmir.
İnsayderlərin fikrincə, yeni smartfonlar arasında əsas fərq ekran diaqonalı olacaq: “Galaxy A5” (2018) modelində diaqonal ölçüsü 5,5 düym, “Galaxy A7” (2018) smartfonunda isə 6 düym təşkil edəcək. “IP68” standartı üzrə su və toz keçirməz olacaq qurğuların korpusu metaldan ibarət olacaq.
Bundan başqa, “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək yeni smartfonların ön qoşa kamera, “Samsung Pay” ödəniş sistemi və “USB Type-C” portu ilə təchiz ediləcəyi qeyd olunur.
Nizam Nuriyev
Baxış sayı: 420
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet