12px13px15px17px
Tarix:17/10/17

Yeni “Huawei” smartfonları rəsmən təqdim olunub

“Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 10” və “Mate 10 Pro” smartfonlarını nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, gözlənildiyi kimi, çərçivəsiz dizayna malik smartfonlar 12 meqapikselli rəngli moduldan və 20 meqapikselli monoxrom sensordan ibarət qoşa əsas “Leica” kamerası ilə təchiz edilib.   
 
Məlumata görə, qurğular arasında əsas fərq onların ekran ölçülərindədir. Belə ki, kiçik model - “Mate 10” 5,99 düym diaqonallı “Quad HD” ekran (2560x1440 piksel), “Mate 10 Pro” isə 2160x1080 piksel təsvir ölçülü 6 düym diaqonallı displey ilə təchiz olunub.

Yeni qurğular xüsusi neyromodulla təchiz edilən səkkiznüvəli “Huawei Kirin 970” prosessoru əsasında işləyir. Süni intellektdən istifadə batareyanın enerji sərfiyyatını optimallaşdırmağa və vaxt ötdükcə məhsuldarlığın zəifləməsini aradan qaldırmağa imkan verir.

Şirkət nümayəndələri qeyd edir ki, məhz sistemin işinin tədricən zəifləməsi bütün “Android” sistemli qurğuların başlıca problemidir. Onların sözlərinə görə, “Samsung Galaxy S8” smartfonunda əlavələrin işə salınma sürəti bir neçə ay istifadədən sonra təxminən 200 faiz azaldığı halda yeni qabaqcıl “Huawei” modellərində bu göstərici 10 faiz təşkil edir.

Təqdimat zamanı “Mate 10” smartfonunun 4 giqabaytlıq operativ yaddaş və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunması bəyan edilib. Bundan əlavə, “Mate 10 Pro” modeli 6 giqabaytlıq operativ yaddaşa və 128 giqabaytlıq quraşdırılmış yaddaşa malik olacaq. Akkumulyator tutumu 4 min milliamper/saat təşkil edəcək yeni qurğular “Huawei SuperCharge” sürətli enerjidoldurma funksiyasını dəstəkləyəcək.

“Mate 10” və “Mate 10 Pro” smartfonlarının Avropa bazarında qiyməti müvafiq olaraq 699 və 799 avroya bərabər olacaq. Bundan əlavə, qabaqcıl modelin xüsusi “Porsche Design Mate 10 Pro” versiyası satışa çıxarılacaq. Məhdud sayda buraxılacaq modelin qiyməti 1395 avro təşkil edəcək. Smartfonların satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Nizam Nuriyev
 





Baxış sayı: 9

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Oktyabr 2019

22/10/19
Böyük Britaniyada hava taksisi sınaqdan keçirilir

Böyük Britaniyanın “Vertical Aerospace” startapı öz yeni hava taksisinin ilk sınaq uçuşunu nümayiş etdiri

22/10/19
2-ci “Bakı Elektron Ticarət Forumu” davam edir

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 20

22/10/19
Böyük data mərkəzlərinin sayı 500-ü ötüb

Bu ilin üçüncü rübündə dünyada hipermiqyaslanan data mərkəzlərinin sayı 504-ə çatıb. Bu göstəri

22/10/19
Sinqapurda 3D printerdə şokolad-konfetlər çap edilib

Sinqapurlu mühəndislər şokoladları 3D printerdə çap ediblər, “Scientific Reports” jurnalı məlumat verib.

22/10/19
BMT robot qatillərin tətbiqini qadağan edən beynəlxalq saziş hazırlamağa çağırır

Nobel mükafatı laureatı Codi Uilyams Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirilən mətbuat 

22/10/19
Ən sürətli mobil prosessorların reytinqi dərc edilib

Çinin smartfonların testində ixtisaslaşan populyar “Master Lu” servisi 2019-cu ilin üçüncü

22/10/19
“Kaspersky Antidrone” sistemi satışa çıxarılacaq (Video)

Rusiyanın “Kasperski laboratoriyası” antivirus şirkəti antidron sisteminin satışlarına başlayacaq.

22/10/19
“HTC” blokçeyn smartfonunu təqdim edib

"HTC" şirkəti kriptovalyuta istifadəçiləri üçün nəzərdə tutulmuş "Exodus 1s" smartfonu üç

22/10/19
Bu ölkənin universitetlərində smartfonlardan istifadəyə qadağa qoyulub

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatındakı kollec və universitetlərdə smartfonlardan istifadə

21 10 2019

21/10/19
“Windows Defender” əvvəlki kimi dünyanın ən yaxşı antiviruslarından biridir

“AV-Comparatives” müstəqil laboratoriyasının məlumatına görə, “Windows Defender” əvvəlki kimi dünyanın ən

21/10/19
2-ci “Bakı Elektron Ticarət Forumu” işə başladı

Bu gün “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində ikigünlük 2-ci

21/10/19
Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

Son zamanlar “Aztelekom” MMC və ümumilikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 

21/10/19
“Oracle” şirkətinin baş direktoru vəfat edib

ABŞ-ın “Oracle” şirkətinin baş direktoru Mark Herd oktyabrın 18-də dünyasını dəyişib. Bu barədə “The Wall

21/10/19
Peşəkar 3D printerlər bazarının həcmi ikirəqəmli templə artır

“Context” analitik şirkəti qlobal 3D printerlər bazarı ilə əlaqədar keçirilmiş araşdırmanın nəticələrini

21/10/19
“Wing” şirkətinin dronları bağlamaları evlərə çatdırmağa başlayıb

“Alphabet” holdinqinin tərkibinə daxil olan “Wing” şirkəti pilotsuz təyyarələrin köməyi ilə bağlamaları

21/10/19
İKT-dən cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiyanın hazırlanması təklif olunur

BMT Baş Assambleyasının 74-cü sessiyasının üçüncü komitəsinin iclasında Rusiya və Belarusun bir sıra digə

21/10/19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi, “İKT LAB

21/10/19
Britaniyada yeni superkompüter tikiləcək

Böyük Britaniyanın Edinburq Universitetində ikinci nəsil “AMD EPYC” prosessorları əsasında “ARCHER2” adlı

21/10/19
Məlumatları saniyədə 1 petabit sürətlə ötürən ilk şəbəkə qovşağı yaradılıb

Yapon mühəndisləri petabitlik şəbəkələr üçün ilk optik kommutator prototipini nümayiş etdiriblər. Belə a