12px13px15px17px
Tarix:18/10/17

Qeyri-adi dizayna malik iki ekranlı smartfon təqdim edilib

Çinin “ZTE” şirkəti “Axon M” adlı smartfonunu təqdim edib. Bu aparat analoji qurğulardan qeyri-adi dizaynı ilə fərqlənir.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, cihaz yığılmış vəziyyətdə 5,2 düymlük Full HD təsvir ölçülü ekrana malikdir və “Snapdragon 821” qabaqcıl prosessoru, 4 QB əməli yaddaş, 20 meqapiksellik kamera, 3180 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.

Zərif əl hərəkəti ilə kitab kimi açılan smartfon, həmçinin ikinci 5,2 düymlük ekrana malikdir. İkinci ekran birinci ekranla birgə, həm də ayrıca istifadə oluna bilər.

Smartfonun çəkisi 230 qr-dır. Qurğu artıq ilin sonuna yaxın satışa çıxarılacaq.

Emil Hüseynov




Baxış sayı: 321

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024