12px13px15px17px
Tarix:18/10/17

“WhatsApp”da dostların olduqları yeri real vaxtda izləmək mümkün olacaq

“WhatsApp” istifadəçiləri kontaktlar siyahısındakı dostları ilə olduqları yeri real vaxt rejimində paylaşmaq imkanı əldə edəcəklər. “Live Location” adlanan funksiya servisin hazırkı sahibi - “Facebook” şirkətindən götürülüb.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, yeni funksiyadan yaxın vaxtlarda həm “iOS”, həm də “Android” qurğu istifadəçiləri yararlana biləcək. Şirkət bu ilin mayında oxşar funksiyanı “Messenger”də funksionallığın genişləndirilməsi üzrə uzunmüddətli eksperiment çərçivəsində sınaqdan keçirib.

Məlumata görə, “Live Location” funksiyasından yararlanmaq üçün əvvəlcə istifadəçi və ya bütöv qrupla söhbətə (çat) başlamaq tələb olunur. Açılan çat pəncərəsində “+”, daha sonra “Location” düyməsini basdıqdan sonra yeni “Live Location paylaşma” funksiyası görünməyə başlayacaq. Bundan başqa, olduğu yerin göstərilmə vaxtını seçdikdən sonra “Göndərmək” düyməsi basılır. Funksiya bir neçə istifadəçi ondan birlikdə qrup şəklində olan ünsiyyətdə istifadə edəndə də işləyir. Bu halda bütün iştirakçıların yerlərinin dəyişməsi real vaxt rejimində bir xəritədə göstəriləcək.

“WhatsApp” nümayəndələrinin sözlərinə görə, digər funksiyalar kimi, “Live Location” də “End-to-End Encryption (E2EE)” şifrləməsi ilə mühafizə olunacaq. Təhlükəsizlik üçün əlavə zəmanəti vaxtölçən təmin edəcək. İstifadəçilər olduqları yerin göstərilməsi funksiyasından istifadəni hər an söndürə və ya bunu vaxtölçənin edəcəyini gözləyə biləcəklər.

Nizam Nuriyev 




Baxış sayı: 398

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2017

24/11/17
İşlək kvant qurğu prototipi yaradılıb

Vyana Universitetinin mütəxəssislər qrupu dünyada ilk kvant router yaradaraq ilkin uğurlu sınaqlarını 

24/11/17
Yuxuya nəzarət edən “ağıllı” üzük yaradılıb

Kiçik kapsulun içərisinə yerləşdirilmiş çoxsaylı sensor yuxu zamanı insan haqda məlumatları toplayır. 

23 11 2017

23/11/17
Yeni “Google” əməliyyat sistemi “Apple” proqramlaşdırma dilini dəstəkləyəcək

Ötən həftə “Google” şirkəti 2014-cü ildə “Apple” korporasiyasının təqdim etdiyi və “iOS/macOS

23/11/17
“Samsung Galaxy S9” smartfonunun təqdimatı gözləniləndən tez keçirilə bilər

“Samsung Electronics” şirkəti növbəti nəsil qabaqcıl “Galaxy S9” və “Galaxy S9+” smartfonlarını 2018-ci

23/11/17
Növbəti “iPhone SE” gələn ilin ilk yarısında nümayiş olunacaq

“Apple” şirkəti ikinci nəsil “iPhone SE” smartfon modelini 2018-ci ilin birinci yarısında təqdim edəcək. 

23/11/17
“Samsung” süni intellekt tədqiqatlar mərkəzi açacaq

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti süni intellektlə əlaqədar texnologiyaların hazırlanacağı 

23/11/17
2018-ci ildə 1,5 milyarddan çox smartfon satılacaq

“Digitimes” analitik agentliyinin hesabatına əsasən, 2018-ci ildə qlobal smartfon satışının həcmi 1,5 milyardı ötəcək.

23/11/17
Yeni “LTE” şəbəkəsi məlumatları 1 Qbit/saniyə sürətində ötürəcək

Səkkizinci illik “Global Mobile Broadband Forum” konfransında Çinin “Huawei” telekommunikasiya 

23/11/17
Bütün şirkətlər mobil qurğulara edilən kiberhücumlara məruz qalır

İnformasiya təhlükəsizliyi sahəsi üzrə həllər istehsalçısı “Check Point Software Technologies” şirkəti korporativ 

23/11/17
Peşəkar təlim üçün virtual reallıq texnologiyaları bazarının həcmi ildə 140% artacaq

Müəssisələr təlim mühiti şəraitini təmin edən, təhlükəli vəziyyətləri dəqiq imitasiya etməyə, bahalı avadanlıq