12px13px15px17px
Tarix:19/10/17

“Android”lər insanların iş tərəfdaşı olacaq

Yaponiyanın “Hiroshi Ishiguro Laboratories” şirkətinin yaradıcısı professor Xirosi İsiquro bildirib ki, gələcəkdə robot “android”lər yalnız insanları əvəz etməyəcək, həm də onların iş tərəfdaşları olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, "biz artıq robot “android”ləri xəbər aparıcısı, qapıçı, mağazalarda canlı maneken, ofisiant qismində istifadə edirik. “Android”lər heç vaxt yorulmur, onlar işi yerinə yetirməyə davam edə bilərlər, halbuki insanın taqəti qurtara bilər" – Xirosi məlumat verib və deyib ki, robot “android”lər bütün lazımi məlumat və informasiyanı böyük həcmli informasiyanın toplanılması və emalı sistemi vasitəsilə əldə edirlər.

Hazırda İsiquro görünüşcə özünə oxşayan robotdan işçi məqsədlə istifadə edir: “android” professoru əvəz edir və onun əvəzinə mühazirə oxuyur.

Emil Hüseynov




Baxış sayı: 369

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024