12px13px15px17px
Tarix:24/10/17

Robot polis sınaqdan keçirilib

Pekin yol polisi sürətli şosedə qanunsuz parklanma və təcili xidmətlər üçün zolaqla sürmə kimi yol hərəkəti qaydalarının pozulmasının müəyyənləşdirilməsi üçün nəzərdə tutulan patrul robotunu sınaqdan keçirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, qurğu Pekinin “Şoudu” Beynəlxalq Aeroportuna aparan sürətli avtomobil yolunda test edilib. Çamadan ölçüsündə və çəkisi 20 kiloqrama yaxın robot ayırıcı xətdə fəaliyyət göstərib. Pekin Yol Hərəkətinin Tənzimlənməsi İdarəsindən verilən məlumata görə, o, batareyası enerji ilə tam doldurulmaqla 5-8 saat işləyə bilir.

Məlumata görə, robot polis qanunsuz parklanmanın və təcili xidmətlər üçün zolaqla sürmənin foto və video çəkilişlərini apararaq onları polisə göndərir. Bundan başqa, yol-nəqliyyat hadisələrinə görə yolda tıxacın yaranması zamanı robot qəza yerinə tez gələrək fotoşəkilləri polisə yollayır. O, həmçinin nəqliyyat vasitələrinə yolda tıxaclar yarandıqda, yol-nəqliyyat hadisəsi baş verdikdə, yol təmiri işləri aparıldıqda və pis hava şəraitində səsli xəbərdarlıq göndərə bilir.

Pekin yol polisi belə robotlardan yol hərəkəti qaydalarının pozulması ilə mübarizəni sərtləşdirmək və yolda təhlükəsizliyi təmin etmək məqsədilə digər sürətli şoselərdə də tətbiqini planlaşdırır.

Nizam Nuriyev 




Baxış sayı: 335

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024