Tarix:25/10/17
“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, “Under” adlanacaq restoranın Norveç sahilinin cənub hissəsində tikilməsi nəzərdə tutulur. Onun bir hissəsi quruda, digər hissəsi suyun 5 metr dərinliyində yerləşəcək. Restoran üçün xarakterik olan yüksək təzyiqə və çətin hava şəraitinə dözmək üçün bina 1 metr qalınlığında beton divarlardan və möhkəm akril pəncərələrdən ibarət olacaq.
Hazırda restoranın ölçüsü məlum olmasa da, onun 100 qonağın qəbulu üçün nəzərdə tutulacağı bildirilir. Məlumata görə, qonaqlar sahildə yerləşən qapıdan daxil olduqdan sonra bara keçərək birinci mərtəbədəki restorana enəcəklər.
Bildirilir ki, solğun işıqlandırıcı cihazlar həm restoranda, həm də dəniz dibində quraşdırılacaq. “Snøhetta” nümayəndələrinin sözlərinə görə, binaya sutka ərzində fəaliyyət göstərməyə imkan verəcək xüsusi istilik texnologiyasından da istifadə olunacaq.
Maraqlıdır ki, restorandan, həmçinin tədqiqat mərkəzi kimi istifadə planlaşdırılır. Belə ki, boş vaxtlarda restoranda dəniz biologiyasını (məsələn, balıqların davranışını) tədqiq edən mütəxəssislər qrupu işləyə biləcək.
İnşasına 2018-ci ilin fevralında başlanacaq “Under” restoranının açılışı 2019-cu ilin martına nəzərdə tutulur.
Nizam Nuriyev
Avropada ilk sualtı restoran tikiləcək
“Snøhetta” şirkəti Norveçdə Avropada ilk sualtı restoran inşa edəcək.“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, “Under” adlanacaq restoranın Norveç sahilinin cənub hissəsində tikilməsi nəzərdə tutulur. Onun bir hissəsi quruda, digər hissəsi suyun 5 metr dərinliyində yerləşəcək. Restoran üçün xarakterik olan yüksək təzyiqə və çətin hava şəraitinə dözmək üçün bina 1 metr qalınlığında beton divarlardan və möhkəm akril pəncərələrdən ibarət olacaq.
Hazırda restoranın ölçüsü məlum olmasa da, onun 100 qonağın qəbulu üçün nəzərdə tutulacağı bildirilir. Məlumata görə, qonaqlar sahildə yerləşən qapıdan daxil olduqdan sonra bara keçərək birinci mərtəbədəki restorana enəcəklər.
Bildirilir ki, solğun işıqlandırıcı cihazlar həm restoranda, həm də dəniz dibində quraşdırılacaq. “Snøhetta” nümayəndələrinin sözlərinə görə, binaya sutka ərzində fəaliyyət göstərməyə imkan verəcək xüsusi istilik texnologiyasından da istifadə olunacaq.
Maraqlıdır ki, restorandan, həmçinin tədqiqat mərkəzi kimi istifadə planlaşdırılır. Belə ki, boş vaxtlarda restoranda dəniz biologiyasını (məsələn, balıqların davranışını) tədqiq edən mütəxəssislər qrupu işləyə biləcək.
İnşasına 2018-ci ilin fevralında başlanacaq “Under” restoranının açılışı 2019-cu ilin martına nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 408
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı