Tarix:25/10/17
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, ixtiraçıların iddiasına görə, onların metodu prosessorun gücündən asılı olaraq istifadəçini 10-100 ms saniyə ərzində autentifikasiya etmək qabiliyyətinə malikdir. Yeni həllin əsasını istifadəçinin avtorizasiyasından ötrü ovucun videoaxında aşkar edilməsi və onun tanınması üçün kompüter görmə texnologiyası təşkil edir. Məlumatlar həm qurğuda, həm də uzaq serverdə saxlanıla bilər, yoxlama isə minlərlə ovuc üzərində sınaqdan keçirilmiş patentlənmiş alqoritmlərdən istifadəyə əsaslanan xüsusi şablon üzrə həyata keçirilir.
"Metodumuzun özəlliyi ondan ibarətdir ki, o, təhlükəsizdir və kamerası olan bütün qurğularda işləyir. Bu isə sözügedən texnologiyadan istifadə spektrini genişləndirir" – Lenni Konseviç qeyd edib.
Mütəxəssis əmin edir ki, yeni texnologiya “Windows”, “Android”, “iOS”, “macOS”, “Linux” və başqa ƏS-i ilə işləyən qurğularda istifadə edilə bilər. Texnologiyanın işləməsi üçün yalnız RGB mövcudluğu, infraqırmızı kamera və mərkəzi prosessor tələb olunur.
Emil Hüseynov
Yeni autentifikasiya metodu hazırlanıb
Moskva Fiziki-Texniki İnstitutunun məzunu Lenni Konseviç və kompüter təlimi sahəsində mütəxəssis Xua Yanq ovucun köməyi ilə tamamilə yeni autentifikasiya üsulu təklif ediblər. 2015-ci ilədək hər iki mütəxəssis “Leap Motion” şirkətində işləyib, amma sonra öz layihələrini yaratmağa qərar veriblər. “Redrock Biometrics” şirkəti belə yaranıb. İndi Konseviç və Yanq tərəfindən hazırlanmış ovuc üzrə insanın tanınması texnologiyası bütün mövcud metodlardan daha rahat və təhlükəsizdir.“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, ixtiraçıların iddiasına görə, onların metodu prosessorun gücündən asılı olaraq istifadəçini 10-100 ms saniyə ərzində autentifikasiya etmək qabiliyyətinə malikdir. Yeni həllin əsasını istifadəçinin avtorizasiyasından ötrü ovucun videoaxında aşkar edilməsi və onun tanınması üçün kompüter görmə texnologiyası təşkil edir. Məlumatlar həm qurğuda, həm də uzaq serverdə saxlanıla bilər, yoxlama isə minlərlə ovuc üzərində sınaqdan keçirilmiş patentlənmiş alqoritmlərdən istifadəyə əsaslanan xüsusi şablon üzrə həyata keçirilir.
"Metodumuzun özəlliyi ondan ibarətdir ki, o, təhlükəsizdir və kamerası olan bütün qurğularda işləyir. Bu isə sözügedən texnologiyadan istifadə spektrini genişləndirir" – Lenni Konseviç qeyd edib.
Mütəxəssis əmin edir ki, yeni texnologiya “Windows”, “Android”, “iOS”, “macOS”, “Linux” və başqa ƏS-i ilə işləyən qurğularda istifadə edilə bilər. Texnologiyanın işləməsi üçün yalnız RGB mövcudluğu, infraqırmızı kamera və mərkəzi prosessor tələb olunur.
Emil Hüseynov
Baxış sayı: 357
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet