Tarix:27/10/17
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, ixtiraçılar Odeda Şoseyov və İdo Braslavskinin sözlərinə görə, belə printerlərin istehsal prosesi çətin deyil və kütləvi bazara daxil olmaq üçün azı 5 il müddət lazımdır. Yeni “3D” printer xammal qismində nanosellüloz, zülal, yağ və karbohidratdan istifadə edir. Hazırda printer yalnız xəmir çap edə bilsə də, tədqiqatçılar bildirir ki, onun potensialı daha böyükdür.
Məlumata görə, alimlər nanosellülozu bir neçə il tədqiq etdikdən sonra qərara gəliblər ki, həzm yolunun fermentləri bu maddəni asanlıqla həzm edir, nanosellüloz isə əlavə reaksiyalara səbəb olmur. Gələcəkdə ekspertlər nanosellülozu təkcə qida maddələri ilə deyil, eyni zamanda vitamin, mikroelement və antioksidləşdiricilərlə qatışdırmağı planlaşdırırlar. Printer lazerinin temperaturunun təsiri nəticəsində nanosellüloz inqrediyentləri birləşdirir. Bununla yanaşı, lazerlə emal çap edilən yeməyi “ənənəvi” şəklə salmağa imkan verir.
İxtiraçıların fikrincə, böyük perspektivlərə malik texnologiya kulinariyada tətbiq edilməklə yanaşı, ciddi pəhriz saxlayan insanlara (şəkər xəstələri, vegetarianlar, peşəkar idmançılar, allergiya xəstələri və s.) kömək edəcək.
Nizam Nuriyev
“3D” printerdə qida çap olunub
İsrailin Yerusəlim Yəhudi Universitetinin alimləri yemək çap edən dünyanın ilk üçölçülü (3D) qida printerini yaradıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, ixtiraçılar Odeda Şoseyov və İdo Braslavskinin sözlərinə görə, belə printerlərin istehsal prosesi çətin deyil və kütləvi bazara daxil olmaq üçün azı 5 il müddət lazımdır. Yeni “3D” printer xammal qismində nanosellüloz, zülal, yağ və karbohidratdan istifadə edir. Hazırda printer yalnız xəmir çap edə bilsə də, tədqiqatçılar bildirir ki, onun potensialı daha böyükdür.
Məlumata görə, alimlər nanosellülozu bir neçə il tədqiq etdikdən sonra qərara gəliblər ki, həzm yolunun fermentləri bu maddəni asanlıqla həzm edir, nanosellüloz isə əlavə reaksiyalara səbəb olmur. Gələcəkdə ekspertlər nanosellülozu təkcə qida maddələri ilə deyil, eyni zamanda vitamin, mikroelement və antioksidləşdiricilərlə qatışdırmağı planlaşdırırlar. Printer lazerinin temperaturunun təsiri nəticəsində nanosellüloz inqrediyentləri birləşdirir. Bununla yanaşı, lazerlə emal çap edilən yeməyi “ənənəvi” şəklə salmağa imkan verir.
İxtiraçıların fikrincə, böyük perspektivlərə malik texnologiya kulinariyada tətbiq edilməklə yanaşı, ciddi pəhriz saxlayan insanlara (şəkər xəstələri, vegetarianlar, peşəkar idmançılar, allergiya xəstələri və s.) kömək edəcək.
Nizam Nuriyev
Baxış sayı: 378
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet