12px13px15px17px
Tarix:30/10/17

Yeni “Sony” smartfonları təqdim olunub

“Sony Mobile” şirkəti “Xperia R1” və “Xperia R1 Plus” smartfonlarını nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, satışlarına noyabrda başlanacaq smartfonlar özündə 1,4 QHs takt tezlikli səkkiz “ARM Cortex-A53” nüvəsini və “Adreno 505” qrafik sürətləndiricisini birləşdirən “Qualcomm Snapdragon 430” prosessorundan istifadə edir. Quraşdırılmış “LTE Cat 4” modemi məlumatları 150 meqabit/saniyə sürətində yükləməyə imkan verir.

Məlumata görə, yeni qurğular 1280 × 720 piksel təsvir ölçülü və diaqonal üzrə ölçüsü 5,2 düym təşkil edən “HD 2.5D” ekranı ilə təchiz edilib. Korpusun arxa tərəfində işıqlandırıcıya malik 13 meqapikselli, ön tərəfində isə 8 meqapikselli kamera quraşdırılıb.  

Bundan başqa, smartfonlar “Wi-Fi 802.11b/g/n” və “Bluetooth 4.2” modullar, GPS/GLONASS qəbuledicisi, “USB Type-C” portu, qulaqcıqlar üçün standart 3,5 mm-lik çıxış, “microSD” kartı üçün çıxış və “nanoSIM” kartları üçün iki çıxışla təchiz edilib. Qurğuların qabaritləri 146 × 73,2 × 8,89 mm, çəkisi 154 qram təşkil edir. Akkumulyator tutumu 2620 milliamper/saata bərabər smartfonlar “Android 7.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Onları, həmçinin “Android 8.0 Oreo” sisteminədək yeniləmək mümkün olacaq.

2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaşa malik “Xperia R1” smartfonunun qiyməti 215 dollar, 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilən “Xperia R1 Plus” modelinin isə 245 təşkil edir.

Nizam Nuriyev 




Baxış sayı: 303

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024