Tarix:01/11/17
"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, təcrübə ilk dəfə laboratoriya siçovulu üzərində aparılıb. Tədqiqatçıların sözlərinə görə, transplantasiyadan bir həftə sonra yeni toxuma tam bitişib. Bu, əslində, transplantologiya sahəsində irəliyə doğru atılmış böyük addımdır: əməliyyatın uğurlu alınması sübut edir ki, bütöv orqanı köçürmək əvəzinə, donor orqanı olmadan onun hissələrini dəyişdirmək mümkündür.
Alimlər qeyd edir ki, iynələr vasitəsilə "3D" toxumasının müəyyənləşdirilməsi üçün sistem həndəsi baxımdan mürəkkəb toxuma yaratmağa imkan verib. "Bizim metod üçölçülü bioçapdan istifadə etməklə yüzlərlə qaraciyər toxumasının xüsusi birləşmə üsulundan ibarətdir. Bununla yanaşı, yeni metod bir sıra üstünlüklərə malikdir: birincisi, o, damarları zədələmir, ikincisi, transplant və orqan hüceyrələri arasında birbaşa əlaqə sayəsində yeni toxuma daha sürətlə əmələ gəlir", - alimlər bildirib.
Yeni texnologiyanın mahiyyəti ondan ibarətdir ki, sonradan köçürüləcək hüceyrələr sınaq şüşəsində deyil, insan orqanizmi daxilində yetişdirilir ki, bu da allergik reaksiyalar və immun sisteminin transplantdan ayrılması ilə əlaqədar mənfi nəticələri aradan qaldırmağa imkan verir. Yaponiya alimləri qeyd edir ki, yeni metod təkcə qaraciyər toxumalarının deyil, eyni zamanda digər orqanların köçürülməsi üçün istifadə oluna bilər.
Nizam Nuriyev
“3D” printerdə çap edilən qaraciyər uğurla köçürülüb
Yaponiyanın Kyusyu Universitetinin alimlər qrupu üçölçülü (3D) printerdə çap edilən qaraciyərin uğurlu köçürülməsini həyata keçiriblər."ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, təcrübə ilk dəfə laboratoriya siçovulu üzərində aparılıb. Tədqiqatçıların sözlərinə görə, transplantasiyadan bir həftə sonra yeni toxuma tam bitişib. Bu, əslində, transplantologiya sahəsində irəliyə doğru atılmış böyük addımdır: əməliyyatın uğurlu alınması sübut edir ki, bütöv orqanı köçürmək əvəzinə, donor orqanı olmadan onun hissələrini dəyişdirmək mümkündür.
Alimlər qeyd edir ki, iynələr vasitəsilə "3D" toxumasının müəyyənləşdirilməsi üçün sistem həndəsi baxımdan mürəkkəb toxuma yaratmağa imkan verib. "Bizim metod üçölçülü bioçapdan istifadə etməklə yüzlərlə qaraciyər toxumasının xüsusi birləşmə üsulundan ibarətdir. Bununla yanaşı, yeni metod bir sıra üstünlüklərə malikdir: birincisi, o, damarları zədələmir, ikincisi, transplant və orqan hüceyrələri arasında birbaşa əlaqə sayəsində yeni toxuma daha sürətlə əmələ gəlir", - alimlər bildirib.
Yeni texnologiyanın mahiyyəti ondan ibarətdir ki, sonradan köçürüləcək hüceyrələr sınaq şüşəsində deyil, insan orqanizmi daxilində yetişdirilir ki, bu da allergik reaksiyalar və immun sisteminin transplantdan ayrılması ilə əlaqədar mənfi nəticələri aradan qaldırmağa imkan verir. Yaponiya alimləri qeyd edir ki, yeni metod təkcə qaraciyər toxumalarının deyil, eyni zamanda digər orqanların köçürülməsi üçün istifadə oluna bilər.
Nizam Nuriyev
Baxış sayı: 406
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı