12px13px15px17px
Tarix:02/11/17

Fərdi kompüterlər üçün “Skype” versiyası yenilənib

"Microsoft" korporasiyası bir neçə aylıq sınaqlardan sonra fərdi kompüterlər üçün yenilənmiş "Skype" əlavəsini rəsmən istifadəyə verməyə başlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, proqramın yeni versiyasından "Windows", "Mac" və "Linux" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularda yararlanmaq olar. Hazırda "Skype" bütün platformalarda eyni şəkildə görünür və fərdi kompüter, smartfon, planşet, "Xbox" qurğusu, "ağıllı" kolonka və servisdən istifadənin mümkün olduğu bütün qurğular arasında məlumatların sinxronlaşmasını dəstəkləyir.

Bundan başqa, "Skype" əlavəni tam fərdi etməyə imkan verən yazılan mövzuları dəstəkləməyə başlayıb. Yeni çatlar siyahısı kontaktları vaxta, oxunmamış məlumatlar və ya statusa görə ardıcıl düzməyə imkan verir. Həmçinin sürətli istifadə üçün istifadəçilərin və ya qrupun adını yazmaq imkanından yararlanmaq mümkündür.  

Bildirilir ki, əlavə ilə daha rahat işi təmin etmək məqsədilə "Microsoft" daxil olan bütün məlumatların, qrup danışıqlarında xatırlatmalar və sitatların saxlanıldığı yeni bildirişlər panelini təqdim edib. Bildirişlər panelində onlardan birinin üzərinə basmaqla məlumatın göndərildiyi çata birbaşa keçid edilir.  

Bundan əlavə, videokonfranslar zamanı smaylik və stikerlər vasitəsilə emosiyaları ifadə etmək olar.

Nizam Nuriyev 




Baxış sayı: 70

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Yanvar 2019

22 01 2019

22/01/19
Süni intellektdən istifadə edən şirkətlərin sayı 4 il ərzində 270% yüksəlib

“Gartner”in analitiklərinin məlumatına görə, iş prosesində süni intellektdən istifadə edən şirkətlərin sayı 4 

22/01/19
“Facebook” ucqar rayonlarda internetin təmin edilməsi üçün pilotsuz təyyarələrin sınaqlarını bərpa edib

“Facebook” planetin ucqar rayonlarında interneti təmin etmək üçün günəş batareyası ilə işləyən pilotsuz 

22/01/19
Qan damarlarında hərəkət edən nanorobot yaradılıb

İsveçrə mühəndisləri insanın qan damarları vasitəsilə hərəkət edən nanorobot icad ediblər. Qurğu 

22/01/19
Yeni mobil proqram beyin fəaliyyətini yaxşılaşdırmağa kömək edəcək

Böyük Britaniya alimlərinin yaratdığı “Decoder” mobil əlavəsi konsentrasiya qabiliyyətini artırmağa 

22/01/19
Bu “ağıllı” saat elektrokardioqrama ritmlərinə nəzarət edəcək

“Alphabet”  şirkətinin sağlamlıq bölməsinin əsas fəaliyyət istiqamətlərindən biri “Study Watch” adlı “ağıllı

22/01/19
“Google” şirkəti 50 milyon avro cərimələnib

Fransa Milli İnformasiya və Vətəndaş Azadlığı Komissiyası (CNIL) “Google” şirkətini ötən ilin 

22/01/19
Xərçəng xəstəliyinə qarşı “ağıllı” həblər yaradılacaq

“Proteus” startapı kiçikölçülü sensorlarla təchiz edilmiş "ağıllı həb" istehsalçısı kimi tan

22/01/19
“WhatsApp” istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq edilib

“WhatsApp” messencerində eyni məlumatı beş dəfədən çox göndərmək imkanı məhdudlaşdırılıb