Tarix:02/11/17
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, funksiya çexolu açan zaman smartfona avtomatik qoşulan "iPhone" və simsiz "AirPods" qulaqcıq istifadəçilərinə tanış gələcək. "Fast Pair" oxşar şəkildə işləsə də, bağlantını iki qurğunu bir-birinə yaxınlaşdırmaqla qurmağa imkan verir.
Əsasını "Bluetooth" və yerin təyini texnologiyasının təşkil etdiyi yeni funksiya aşağıda göstərilən kimi işləyir:
1. İstifadəçi "Fast Pair" texnologiyasını dəstəkləyən qurğunu işə salaraq onu qoşulma rejiminə keçirir.
2. "Android" sistemi "Fast Pair" funksiyasını dəstəkləyən aksessuarların axtarışı üçün ətrafı "Bluetooth Low Energy" texnologiyası vasitəsilə skan edir (Bluetooth və yerin təyini funksiyası qoşulmuş vəziyyətdə olmaqla).
3. "Fast Pair" funksiyasını dəstəkləyən qurğu barədə məlumatlar "Google" serverlərinə göndərilərək sonradan onun şəkili, adı və müvafiq əlavəsi (mövcud olduğu halda) istifadəçiyə qaytarılır.
4. İstifadəçi bildirişi aldıqdan sonra onun üzərinə basmaqla "Bluetooth" vasitəsilə iki qurğunun avtomatik sinxronlaşmasını həyata keçirir.
Qeyd olunur ki, "Fast Pair" funksiyası "Android 6.0" və daha yeni və "Google Play Services 11.7" və daha yeni əlavə versiyalarını dəstəkləyən "Android" sistemli smartfonlarla işləyir. Hazırda texnologiyanı "Google Pixel Buds", "Libratone Q Adapt On-Ear" və "Plantronics Voyager 8200" kimi məhdud qulaqcıq modellər sırası dəstəkləyir.
Nizam Nuriyev
“Android” sistemində “Bluetooth” qurğularını tez qoşan yeni funksiya istifadəyə verilib
"Google" şirkəti "Bluetooth" aksessuarlarını "Android" sistemli qurğulara tez qoşmağa imkan verən yeni "Fast Pair" texnologiyasını təqdim edib."ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, funksiya çexolu açan zaman smartfona avtomatik qoşulan "iPhone" və simsiz "AirPods" qulaqcıq istifadəçilərinə tanış gələcək. "Fast Pair" oxşar şəkildə işləsə də, bağlantını iki qurğunu bir-birinə yaxınlaşdırmaqla qurmağa imkan verir.
Əsasını "Bluetooth" və yerin təyini texnologiyasının təşkil etdiyi yeni funksiya aşağıda göstərilən kimi işləyir:
1. İstifadəçi "Fast Pair" texnologiyasını dəstəkləyən qurğunu işə salaraq onu qoşulma rejiminə keçirir.
2. "Android" sistemi "Fast Pair" funksiyasını dəstəkləyən aksessuarların axtarışı üçün ətrafı "Bluetooth Low Energy" texnologiyası vasitəsilə skan edir (Bluetooth və yerin təyini funksiyası qoşulmuş vəziyyətdə olmaqla).
3. "Fast Pair" funksiyasını dəstəkləyən qurğu barədə məlumatlar "Google" serverlərinə göndərilərək sonradan onun şəkili, adı və müvafiq əlavəsi (mövcud olduğu halda) istifadəçiyə qaytarılır.
4. İstifadəçi bildirişi aldıqdan sonra onun üzərinə basmaqla "Bluetooth" vasitəsilə iki qurğunun avtomatik sinxronlaşmasını həyata keçirir.
Qeyd olunur ki, "Fast Pair" funksiyası "Android 6.0" və daha yeni və "Google Play Services 11.7" və daha yeni əlavə versiyalarını dəstəkləyən "Android" sistemli smartfonlarla işləyir. Hazırda texnologiyanı "Google Pixel Buds", "Libratone Q Adapt On-Ear" və "Plantronics Voyager 8200" kimi məhdud qulaqcıq modellər sırası dəstəkləyir.
Nizam Nuriyev
Baxış sayı: 331
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet