Tarix:03/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, qurğu yüksək məhsuldarlıqlı “Snapdragon 835” prosessor, 4 min milliamper/saat tutumlu akkumulyator və 8 giqabaytlıq operativ yaddaşla təchiz edilib.
Məlumata görə, smartfon rekord yenilənmə tezlikli (120 QHs) 5,72 düym diaqonallı ekrana malikdir. Displey oyun zamanı çağırışa cavab vaxtını azaltmağa, interfeysi daha həssas etməyə, təsviri vertikal və horizontal şəkildə göstərməyi rəvanlı etməyə imkan verir. “Razer Phone” smartfonu “microSD” kartının qoşulma imkanı ilə 64 giqabaytlıq quraşdırılmış yaddaş, “Wi-Fi 802.11a/b/g/n/AC”, “Bluetooth 4.2” və “NFC” çipi ilə təchiz olunub. Barmaq izi skaneri yan tərəfdə yerləşən işə salma düyməsinə quraşdırılıb.
Smartfon iki - qoşa 12 meqapikselli əsas (enlibucaqlı və teleobyektiv) və 8 meqapikselli ön kameraya malikdir. Qurğu satışa çıxarılan zaman “Android Nougat 7.1.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək, lakin növbəti ilin birinci rübündə əməliyyat sisteminin “Android Oreo” (8.0) versiyasınadək yenilənməsi gözlənilir.
“Apple” şirkətinin yaratdığı tendensiyaya əməl edən “Razer” qurğuda qulaqcıqlar üçün 3,5 millimetrlik çıxış quraşdırmayıb. Şirkət nümayəndələri bunu smartfonun daxilində akkumulyator və dinamiklər üçün yer çatışmazlığı ilə izah ediblər.
Noyabrın 17-dən etibarən Şimali Amerika və Avropada satışa çıxarılacaq smartfonun qiyməti 600 dollar təşkil edəcək.
Nizam Nuriyev
İlk oyun smartfonu buraxılıb
“Razer” şirkəti Londonda keçirilən təqdimatda oyun həvəskarları üçün nəzərdə tutulan ilk “Razer Phone” smartfon modelini təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, qurğu yüksək məhsuldarlıqlı “Snapdragon 835” prosessor, 4 min milliamper/saat tutumlu akkumulyator və 8 giqabaytlıq operativ yaddaşla təchiz edilib.
Məlumata görə, smartfon rekord yenilənmə tezlikli (120 QHs) 5,72 düym diaqonallı ekrana malikdir. Displey oyun zamanı çağırışa cavab vaxtını azaltmağa, interfeysi daha həssas etməyə, təsviri vertikal və horizontal şəkildə göstərməyi rəvanlı etməyə imkan verir. “Razer Phone” smartfonu “microSD” kartının qoşulma imkanı ilə 64 giqabaytlıq quraşdırılmış yaddaş, “Wi-Fi 802.11a/b/g/n/AC”, “Bluetooth 4.2” və “NFC” çipi ilə təchiz olunub. Barmaq izi skaneri yan tərəfdə yerləşən işə salma düyməsinə quraşdırılıb.
Smartfon iki - qoşa 12 meqapikselli əsas (enlibucaqlı və teleobyektiv) və 8 meqapikselli ön kameraya malikdir. Qurğu satışa çıxarılan zaman “Android Nougat 7.1.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək, lakin növbəti ilin birinci rübündə əməliyyat sisteminin “Android Oreo” (8.0) versiyasınadək yenilənməsi gözlənilir.
“Apple” şirkətinin yaratdığı tendensiyaya əməl edən “Razer” qurğuda qulaqcıqlar üçün 3,5 millimetrlik çıxış quraşdırmayıb. Şirkət nümayəndələri bunu smartfonun daxilində akkumulyator və dinamiklər üçün yer çatışmazlığı ilə izah ediblər.
Noyabrın 17-dən etibarən Şimali Amerika və Avropada satışa çıxarılacaq smartfonun qiyməti 600 dollar təşkil edəcək.
Nizam Nuriyev
Baxış sayı: 348
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet