Tarix:04/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, radar Yaponiya özünümüdafiə qüvvələrinin qərbi Yamaquti prefekturasında yerləşən obyektlərindən birində yerləşəcək. Onun əsas vəzifəsi bilavasitə toqquşma təhlükəsiz yaranan zaman Yaponiya peyklərinin orbitlərinə düzəlişlər etmək məqsədilə onların yaxınlığındakı qırıntıların hərəkəti haqqında operativ informasiyanın əldə edilməsi olacaq. Radardan, həmçinin kosmik aparatların məhvi üçün mümkün silah tətbiqinin monitorinqi üçün istifadə planlaşdırılır.
Bildirilir ki, Yaponiya Müdafiə Nazirliyi bu məqsədlərə təxminən 4,4 milyard yen (38 milyon dollar) sərf etməyi planlaşdırır. Lazımi vəsait məbləğinin 2018-ci maliyyə ili (1 aprel 2018-ci il) üçün dövlət büdcəsində nəzərdə tutulacağı gözlənilir.
BMT-nin məlumatına görə, orbitdə çəkisi 5 min ton ağırlığında 300-ə yaxın “kosmik zibil” obyekti var. Mütəxəssislər onların toqquşacağı təqdirdə kaskad effektinin baş verməsi nəticəsində “zibil”in çoxalacağından və bunun orbitdə fəaliyyət göstərən aparatlar üçün böyük təhlükə törədəcəyindən ehtiyat edirlər.
Son 30 ildə “kosmik zibil”in sayının dəfələrlə artmasına görə onun təmizlənməsi problemi kəskin xarakter alıb. Bu səbəbdən müxtəlif ölkələrin mütəxəssisləri onun üzərində çalışaraq variantlar təqdim edirlər.
Nizam Nuriyev
“Kosmik zibil”in izlənilməsi üçün radar istifadəyə veriləcək
Yaponiya Müdafiə Nazirliyi 2023-cü ilədək ölkədə Yer orbitində “kosmik zibil”in müşahidəsi üçün nəzərdə tutulan ilk radarı quraşdırmağı planlaşdırır.“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, radar Yaponiya özünümüdafiə qüvvələrinin qərbi Yamaquti prefekturasında yerləşən obyektlərindən birində yerləşəcək. Onun əsas vəzifəsi bilavasitə toqquşma təhlükəsiz yaranan zaman Yaponiya peyklərinin orbitlərinə düzəlişlər etmək məqsədilə onların yaxınlığındakı qırıntıların hərəkəti haqqında operativ informasiyanın əldə edilməsi olacaq. Radardan, həmçinin kosmik aparatların məhvi üçün mümkün silah tətbiqinin monitorinqi üçün istifadə planlaşdırılır.
Bildirilir ki, Yaponiya Müdafiə Nazirliyi bu məqsədlərə təxminən 4,4 milyard yen (38 milyon dollar) sərf etməyi planlaşdırır. Lazımi vəsait məbləğinin 2018-ci maliyyə ili (1 aprel 2018-ci il) üçün dövlət büdcəsində nəzərdə tutulacağı gözlənilir.
BMT-nin məlumatına görə, orbitdə çəkisi 5 min ton ağırlığında 300-ə yaxın “kosmik zibil” obyekti var. Mütəxəssislər onların toqquşacağı təqdirdə kaskad effektinin baş verməsi nəticəsində “zibil”in çoxalacağından və bunun orbitdə fəaliyyət göstərən aparatlar üçün böyük təhlükə törədəcəyindən ehtiyat edirlər.
Son 30 ildə “kosmik zibil”in sayının dəfələrlə artmasına görə onun təmizlənməsi problemi kəskin xarakter alıb. Bu səbəbdən müxtəlif ölkələrin mütəxəssisləri onun üzərində çalışaraq variantlar təqdim edirlər.
Nizam Nuriyev
Baxış sayı: 413
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı