12px13px15px17px
Tarix:04/11/17

Aktiv “Facebook” istifadəçilərinin sayı artmaqda davam edir

“Facebook” sosial şəbəkəsinin istifadəçi sayı və əsas maliyyə göstəriciləri artıb. Bu barədə şirkətin cari ilin üçüncü rübü üçün maliyyə hesabatında deyilir. 
 
“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, il ərzində aktiv “Facebook” istifadəçilərinin aylıq auditoriyasının sayında 16 faiz artım qeydə alınıb. Bu isə o deməkdir ki, dünyada 2,07 milyarda yaxın insan sosial şəbəkədən istifadə edir. İllik hesablamada aktiv istifadəçilərin sayı da 16 faiz artaraq 1,37 milyard istifadəçiyə çatıb.
 
Məlumata görə, cari ilin üçüncü rübündə sosial şəbəkənin mədaxili 10,3 milyard dollar təşkil edib. Bu, gəlirin 7 milyarda bərabər olduğu ötən ilin göstəricisini təxminən 1,5 dəfə üstələyib.
 
Əvvəllər olduğu kimi, ən çox mədaxili rüblük ümumi gəlirin 98 faizini (10,1 milyard dollar) təşkil edən reklam gətirib.
 
Ötən rübdə “Facebook” il ərzində 79 faiz - 2,6 milyard dollardan 4,7 milyard dollaradək artan xalis mənfəət əldə edib. Mənfəətin bir qiymətli kağıza nisbəti isə 0,90 dollardan 1,59 dollaradək artıb.

Nizam Nuriyev 




Baxış sayı: 83

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 İyun 2020

06 06 2020

06/06/20
“Facebook”da bütün mediakontentin “Google Photo” xidmətinə daşınması imkanı əlçatan olub

“Facebook” sosial şəbəkəsində foto və videoların “Google Photo” “bulud” xidmətinə köçürülməs

06/06/20
Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq istəyirlər

Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq 

06/06/20
“Motorola” iki yeni ucuz smartfonunu təqdim edib

“Motorola” şirkəti başlanğıc səviyyəli iki yeni smartfonunu təqdim edib