Tarix:04/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, elmi əməkdaşın sözlərinə görə, hazırda Çin kosmik günəş enerjisi sahəsində tədqiqatlarda lider ölkələr sırasına daxil olaraq sahədə fəaliyyət göstərən digər dövlətlərlə fərqi xeyli azaldıb.
Məlumata görə, istifadəsi ətraf mühitin çirklənməsinə səbəb olan mədən yanacağından fərqli olaraq kosmik məkanda günəş enerjisinin tətbiqi daha effektiv, təmiz və stabildir. Alimin fikrincə, yerüstü günəş və külək elektrostansiyalarından fərqli olaraq, təbii faktorlar kosmik elektrostansiyasının fəaliyyətinə təsir göstərmir ki, bu da Yerə böyük enerji axınını ötürməyə imkan verir.
Bildirilir ki, Rusiya, ABŞ və Yaponiya hazırda sahənin inkişafına böyük investisiyalar qoyur, eləcə də Hindistan, Cənubi Koreya və Avropanın kosmik idarələri belə tədqiqatların aparılmasında iştirak edir. 2008-ci ildə kosmik elektrostansiyaların yaradılması istiqamətində praktik addımlara başlayan Çin artıq simsiz elektrik ötürmə texnologiyası sahəsində böyük nəticələr əldə edib.
Mütəxəssislərin qiymətləndirməsinə görə, kosmik günəş elektrik enerjisi Çində ekoloji və energetik vəziyyəti yaxşılaşdıracaq, eləcə də innovasiyaların tətbiqinə və yeni sənaye sahələrinin yaradılmasına xidmət edəcək.
Nizam Nuriyev
Kosmosda dünyanın ilk günəş elektrostansiyası tikiləcək
Çin günəş elektrostansiyasını açıq kosmosda yerləşdirəcək ilk ölkə ola bilər. Bu barədə “Science and Technology Daily” jurnalına müsahibədə Çin Kosmik Texnologiyalar Akademiyasının elmi əməkdaşı Li Min bildirib.“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, elmi əməkdaşın sözlərinə görə, hazırda Çin kosmik günəş enerjisi sahəsində tədqiqatlarda lider ölkələr sırasına daxil olaraq sahədə fəaliyyət göstərən digər dövlətlərlə fərqi xeyli azaldıb.
Məlumata görə, istifadəsi ətraf mühitin çirklənməsinə səbəb olan mədən yanacağından fərqli olaraq kosmik məkanda günəş enerjisinin tətbiqi daha effektiv, təmiz və stabildir. Alimin fikrincə, yerüstü günəş və külək elektrostansiyalarından fərqli olaraq, təbii faktorlar kosmik elektrostansiyasının fəaliyyətinə təsir göstərmir ki, bu da Yerə böyük enerji axınını ötürməyə imkan verir.
Bildirilir ki, Rusiya, ABŞ və Yaponiya hazırda sahənin inkişafına böyük investisiyalar qoyur, eləcə də Hindistan, Cənubi Koreya və Avropanın kosmik idarələri belə tədqiqatların aparılmasında iştirak edir. 2008-ci ildə kosmik elektrostansiyaların yaradılması istiqamətində praktik addımlara başlayan Çin artıq simsiz elektrik ötürmə texnologiyası sahəsində böyük nəticələr əldə edib.
Mütəxəssislərin qiymətləndirməsinə görə, kosmik günəş elektrik enerjisi Çində ekoloji və energetik vəziyyəti yaxşılaşdıracaq, eləcə də innovasiyaların tətbiqinə və yeni sənaye sahələrinin yaradılmasına xidmət edəcək.
Nizam Nuriyev
Baxış sayı: 382
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet