Tarix:06/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, saxta əlavə yalnız digər proqram və servislərin reklam yeniləmələrini göstərib. Fırıldaqçıların bundan pul qazanmaq istəməsi ehtimal olunur. Yalnız proqram təminatı bir milyondan çox istifadəçi tərəfindən yükləndikdən və “Reddit” saytında onun saxta olması ilə bağlı çoxlu məlumat dərc edildikdən sonra “Google” şirkəti proqramı “Google Play” mağazasından silərək tərtibatçını bloklayıb.
Təhlükəsizlik üzrə mütəxəssislərin məlumatına görə, oxşar hadisə həmişə baş verir. Mağazada mütəmadi olaraq “Facebook” və digər populyar əlavələrin saxta versiyaları yer alır. Məsələn, saxta “Facebook” versiyası 10 milyon dəfədən çox yüklənib.
Qeyd edək ki, “WhatsApp” dünyanın ən populyar messencerlərindən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyard dollara “Facebook” sosial şəbəkəsinə satılıb.
Nizam Nuriyev
Saxta “WhatsApp” əlavəsini yükləyən istifadəçilərin sayı 1 milyonu ötüb
Bir milyondan çox “Android” istifadəçisi “Google” şirkəti məsələyə reaksiya verənədək “Google Play” mağazasından “WhatsApp” messencerinin saxta surətini yükləyib. “WhatsApp” loqotipinə malik əlavə “Update WhatsApp Messenger” adlanıb. Əksər istifadəçilər tərtibatçı adının rəsmi adla eyni olmasına görə bunun servis yenilənməsi olmasını düşünüb. Bunun üçün fırıldaqçılar “Unicode” standartında boşluqdan istifadə ediblər.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, saxta əlavə yalnız digər proqram və servislərin reklam yeniləmələrini göstərib. Fırıldaqçıların bundan pul qazanmaq istəməsi ehtimal olunur. Yalnız proqram təminatı bir milyondan çox istifadəçi tərəfindən yükləndikdən və “Reddit” saytında onun saxta olması ilə bağlı çoxlu məlumat dərc edildikdən sonra “Google” şirkəti proqramı “Google Play” mağazasından silərək tərtibatçını bloklayıb.
Təhlükəsizlik üzrə mütəxəssislərin məlumatına görə, oxşar hadisə həmişə baş verir. Mağazada mütəmadi olaraq “Facebook” və digər populyar əlavələrin saxta versiyaları yer alır. Məsələn, saxta “Facebook” versiyası 10 milyon dəfədən çox yüklənib.
Qeyd edək ki, “WhatsApp” dünyanın ən populyar messencerlərindən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyard dollara “Facebook” sosial şəbəkəsinə satılıb.
Nizam Nuriyev
Baxış sayı: 396
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet