Tarix:07/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, söhbət üç istiqamət üzrə mühafizədən gedir: birincisi, bu, zərbələrə və düşmələrə dözümlü olmaqla iş qabiliyyətinin saxlanılmasıdır. İkincisi, rütubətdən mühafizədir ki, bu da qurğudan ehtiyat etmədən yağışlı havada istifadəyə imkan verəcək, eləcə də onun təsadüfən suya düşməsi zamanı sınmanı aradan qaldırmağa kömək edəcək. Nəhayət, üçüncüsü, qurğunun tozkeçirməz olmasıdır.
Texniki xüsusiyyətlər barədə ətraflı məlumat hələ ki verilmir. Şirkətin bir sıra smartfon və fabletləri “IP67” və ya “IP68” standartına uyğun buraxacağı gözlənilir.
Məlumata görə, “Xiaomi” kənar təsirlərdən üçqat mühafizə üzrə smartfonları 2018-ci ilin birinci yarısında təqdim edəcək. Öz növbəsində şirkət internet mənbələrində yayılan məlumatları şərh etmir.
Qiymətləndirməyə görə, bu ilin üçüncü rübündə smartfonların qlobal tədarük həcmi 373,1 milyon ədəd təşkil edib. “Xiaomi” 27,6 milyon qurğu sataraq nəticədə dünya bazarında 7,4 faizə sahib çıxıb. Şirkət aparıcı smartfon istehsalçıları siyahısında beşinci yerdə qərarlaşıb.
Nizam Nuriyev
Kənar təsirlərdən üçqat mühafizəli “Xiaomi” smartfonları buraxılacaq
Çinin “Xiaomi” şirkəti kənar təsirlərə və əlverişsiz hava şəraitinə qarşı yüksək davamlığa malik smartfonların buraxılışına başlamaq niyyətindədir.“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, söhbət üç istiqamət üzrə mühafizədən gedir: birincisi, bu, zərbələrə və düşmələrə dözümlü olmaqla iş qabiliyyətinin saxlanılmasıdır. İkincisi, rütubətdən mühafizədir ki, bu da qurğudan ehtiyat etmədən yağışlı havada istifadəyə imkan verəcək, eləcə də onun təsadüfən suya düşməsi zamanı sınmanı aradan qaldırmağa kömək edəcək. Nəhayət, üçüncüsü, qurğunun tozkeçirməz olmasıdır.
Texniki xüsusiyyətlər barədə ətraflı məlumat hələ ki verilmir. Şirkətin bir sıra smartfon və fabletləri “IP67” və ya “IP68” standartına uyğun buraxacağı gözlənilir.
Məlumata görə, “Xiaomi” kənar təsirlərdən üçqat mühafizə üzrə smartfonları 2018-ci ilin birinci yarısında təqdim edəcək. Öz növbəsində şirkət internet mənbələrində yayılan məlumatları şərh etmir.
Qiymətləndirməyə görə, bu ilin üçüncü rübündə smartfonların qlobal tədarük həcmi 373,1 milyon ədəd təşkil edib. “Xiaomi” 27,6 milyon qurğu sataraq nəticədə dünya bazarında 7,4 faizə sahib çıxıb. Şirkət aparıcı smartfon istehsalçıları siyahısında beşinci yerdə qərarlaşıb.
Nizam Nuriyev
Baxış sayı: 406
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet