Tarix:10/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, klaviaturalı planşetlər seqmentində satış artımının zəifləməsi bildirilir. Belə modelləri artıq “Apple” və “Microsoft” istisna olmaqla digər şirkətlər buraxmır, kompüter istehsalçılarını isə əksər istehlakçıların seçimdə üstünlük verdiyi hibrid fərdi kompüterlər maraqlandırır.
Bildirilir ki, “Apple” iri planşet istehsalçısı olaraq qalır. Ucuz “iPad” modelləri ABŞ şirkətinə 25,8 faiz bazar payı ilə birinci yerdə möhkəmlənməyə kömək edib. 14 faizlə ikinci pillədə qərarlaşan
“Samsung” klaviatura ilə təchiz edilən çoxlu planşet modelləri buraxsa da, satış həcmində onların payı 10 faizə yaxındır.
“Amazon” şirkətinin planşetlər bazarında aqressiv siyasət həyata keçirməsi özünü doğruldur. Belə ki, şirkət il ərzində satış həcmini 38,7 faiz, bazar payını isə 7,5 faizdən 10,9 faizədək artırmağa nail olub.
Bazar payı müvafiq olaraq 7,5 faiz və 7,4 faiz təşkil edən “Huawei” və “Lenovo” şirkətləri dördüncü yeri bölüşürlər. Hər iki şirkət əsas diqqəti ucuz qurğuların satışına və Asiya-Sakit okean və Qərbi Avropa regionlarının bazarlarına yönəldir.
Nizam Nuriyev
Planşetlər bazarının həcmi 5,4 faiz azalıb
“IDC” analitik şirkəti 2017-ci ilin üçüncü rübündə dünyada 40 milyona yaxın planşet kompüterinin satılmasını açıqlayıb. Bu, ötən ilin göstəricisindən 5,4 faiz azdır. Analitiklər planşetlərin satışının aşağı düşməsini smartfonlara tələbatın artması, istifadəçilər tərəfindən mövcud planşetlərin əvəzlənməsinin təxirə salınması və adi kompüterlərin mövqelərinin möhkəmlənməsi ilə izah edərək getdikcə yeni istifadəçiləri cəlb etməyin çətinləşməsini qeyd edirlər.“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, klaviaturalı planşetlər seqmentində satış artımının zəifləməsi bildirilir. Belə modelləri artıq “Apple” və “Microsoft” istisna olmaqla digər şirkətlər buraxmır, kompüter istehsalçılarını isə əksər istehlakçıların seçimdə üstünlük verdiyi hibrid fərdi kompüterlər maraqlandırır.
Bildirilir ki, “Apple” iri planşet istehsalçısı olaraq qalır. Ucuz “iPad” modelləri ABŞ şirkətinə 25,8 faiz bazar payı ilə birinci yerdə möhkəmlənməyə kömək edib. 14 faizlə ikinci pillədə qərarlaşan
“Samsung” klaviatura ilə təchiz edilən çoxlu planşet modelləri buraxsa da, satış həcmində onların payı 10 faizə yaxındır.
“Amazon” şirkətinin planşetlər bazarında aqressiv siyasət həyata keçirməsi özünü doğruldur. Belə ki, şirkət il ərzində satış həcmini 38,7 faiz, bazar payını isə 7,5 faizdən 10,9 faizədək artırmağa nail olub.
Bazar payı müvafiq olaraq 7,5 faiz və 7,4 faiz təşkil edən “Huawei” və “Lenovo” şirkətləri dördüncü yeri bölüşürlər. Hər iki şirkət əsas diqqəti ucuz qurğuların satışına və Asiya-Sakit okean və Qərbi Avropa regionlarının bazarlarına yönəldir.
Nizam Nuriyev
Baxış sayı: 458
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet