12px13px15px17px
Tarix:11/11/17

Fırıldaqçılarla mübarizə üçün kompüter proqramı yaradılıb

Yeni Zelandiyanın “Netsafe” təşkilatının mütəxəssisləri internet fırıldaqçıları ilə ünsiyyət üçün nəzərdə tutulan “Re:scam” adlı kompüter proqramı (bot) yaradıblar. Bot fırıldaqçılarla potensial qurban əvəzinə, uzun yazışmalar edir.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, süni intellekt elementli sistemin danışığa başlaması üçün cinayətkarın elektron ünvanını “Netsafe” saytında göstərilən poçt ünvanına göndərmək lazımdır. Bundan sonra proqram davranış taktikalarından birini seçərək cinayətkara suallı bildiriş göndərir. Sistemin proqramlaşdırılması danışığı müddətsiz davam etdirməyə imkan verir. Təşkilat mütəxəssislərinin fikrincə, bu, fırıldaqçıların diqqətini həqiqi qurbanlardan yayındıracaq.
 
Məlumata görə, ünsiyyət prosesində “Re:scam” həmsöhbət haqqında informasiya toplayaraq danışıq aparmağı öyrənir. İndiyədək bot 16 min məktub yazaraq cinayətkarlara 26 günə yaxın vaxt sərf edib.
 
Qeyd edək ki, istifadəçilərin məlumat və hesablarını ələ keçirmək üçün kütləvi bildirişlərin göndərilməsindən istifadə edən fırıldaqçılıq əməllərindən hər il ciddi ziyan vurulur. Bununla yanaşı, əksər qurbanların kompüter biliklərinin zəif olmasından sui-istifadə edən cinayətkarlar öz metodlarını təkmilləşdirməklə məşğuldurlar.

Nizam Nuriyev 






Baxış sayı: 668

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024