12px13px15px17px
Tarix:11/11/17

Partlayış təhlükəli zonalarda istifadə üçün mühafizəli “Getac EX80” planşeti hazırlanıb

“Getac” şirkəti yeni mühafizəli “EX80” planşet kompüterini nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, “IP67” standartı üzrə suyadavamlı və tozkeçirməz olan qurğu, həmçinin ABŞ-ın “MIL-STD 810G” hərbi standart sertifikatına malikdir.  
 
Məlumata görə, planşeti yerə çırpmaq, 1,8 metr hündürlükdən atmaq, təzyiq və vibrasiyalara, eləcə də Selsi üzrə mənfi 20 və müsbət 50 dərəcəyədək temperaturlara məruz qoymaq mümkündür.
 
Bildirilir ki, 1,44/1,92 QHs takt tezlikli dördnüvəli “Intel Atom x5-Z8350” prosessoru ilə təchiz edilən yeni qurğunun “LPDDR3” formatlı operativ yaddaşı 4 giqabayt, “eMMC” moduluna malik quraşdırılmış yaddaşı isə 128 giqabayt təşkil edir. “WXGA” (1280х800 piksel) təsvir ölçülü ekranın diaqonalı 8 düyümdür.
 
Bundan başqa, “Getac EX80” planşetində 8 meqapikselli iki kamera, “Wi-Fi 802.11a/b/g/n”, “Bluetooth 4.0”, “GPS” modulları quraşdırılıb. Qabaritləri 240х155х29 millimetrə, çəkisi isə 1,48 kiloqrama bərabər qurğunun avtonom iş vaxtı 8 saatı üstələyir.
 
Nizam Nuriyev 




Baxış sayı: 538

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024