Tarix:13/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, mütəxəssislərin fikrincə, belə məhsuldarlıq kvant hesablamanın ənənəvi kompüterlərdən üstün olmasını deməyə əsas verir. Hesab olunur ki, 50 kubitdən çox gücə malik sistemlər adi kompüterlərin edə bilmədikləri modelləşdirmə və hesablamaları yerinə yetirirlər. Bundan başqa, şirkət istifadəçilər üçün 20 kubit məhsuldarlıqlı “Quantum Experience” “bulud” servisindən istifadəyə imkan yaradıb.
“IBM” növbəti ildə kvant hesablamalar sahəsində texnologiyaların təkmilləşdirilməsi və yaxşılaşdırılması üzərində işi davam etdirməyi planlaşdırır.
Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.
Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.
Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.
Nizam Nuriyev
Dünyada ən güclü kvant kompüter yaradılıb
“IBM” şirkəti 50 kvant nüvəyə malik ilk kompüter prototipi yaradıb.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, mütəxəssislərin fikrincə, belə məhsuldarlıq kvant hesablamanın ənənəvi kompüterlərdən üstün olmasını deməyə əsas verir. Hesab olunur ki, 50 kubitdən çox gücə malik sistemlər adi kompüterlərin edə bilmədikləri modelləşdirmə və hesablamaları yerinə yetirirlər. Bundan başqa, şirkət istifadəçilər üçün 20 kubit məhsuldarlıqlı “Quantum Experience” “bulud” servisindən istifadəyə imkan yaradıb.
“IBM” növbəti ildə kvant hesablamalar sahəsində texnologiyaların təkmilləşdirilməsi və yaxşılaşdırılması üzərində işi davam etdirməyi planlaşdırır.
Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.
Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.
Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.
Nizam Nuriyev
Baxış sayı: 483
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet