12px13px15px17px
Tarix:13/11/17

“Microsoft” rəhbəri “iPad” istifadəçilərinə əsl kompüterlərdən istifadəni məsləhət görüb

“Microsoft” korporasiyasının baş direktoru Satya Nadella Hindistana səfəri çərçivəsində onunla söhbət zamanı “Apple” şirkətinin “iPad” planşet kompüterindən istifadə edən iki jurnalistlə mübahisə edib. Mübahisəyə səbəb isə korporasiya rəhbərinin onlara “iPad” planşetini kənara qoyaraq əsl kompüterlərdən istifadəyə başlamağı tövsiyə etməsi olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, bu, “Microsoft” nümayəndələri tərəfindən “Apple” planşetləri barədə səsləndirilən ilk oxşar fikir deyil. Belə ki, cari ilin əvvəlində korporasiya rəhbərliyi bəyan edib ki, “Apple” şirkəti “iPad Pro” planşetinin surətini “Surface Pro” qurğusundan götürərək yaradıb. “Surface” məhsullarının istehsalı üzrə baş menecer Rayan Qevin isə bildirib ki, “iPad Pro” planşeti “Apple” şirkətinin “Microsoft” tərəfindən təklif edilən “iki qurğu birində” ideyasından bəhrələnməsinin nəticəsidir.
 
Bəzi mütəxəssislərin fikrincə, “iPad Pro” və “Surface Pro” planşetlərini çox şey birləşdirir: hər iki qurğu böyük sensor displeyə malikdir, elektron qələmlə (Apple Pencil və Surface Pen) işi dəstəkləyir və onlara çıxarılabilən klaviatura qoşmaq mümkündür. Lakin fərq istifadə edilən əməliyyat sistemlərindədir. Belə ki, “Surface Pro” modeli masaüstü kompüter əlavələrini dəstəkləyən “Windows 10” əməliyyat sistemli tam versiyanın idarəetməsi ilə işlədiyi halda “iPad Pro” planşetində çoxlu məhdudiyyətlərə malik “iOS” mobil əməliyyat sistemi quraşdırılıb.
 
Bundan başqa, S.Nadella bəyanatların birində hətta qeyd edib ki, “Apple” şirkətindən fərqli olaraq “Microsoft” zinət əşyalarının istehsalı ilə məşğul olmur.  

Nizam Nuriyev 




Baxış sayı: 389

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024