12px13px15px17px
Tarix:15/11/17

“Android” smartfonlarında yeni əməliyyat sisteminə keçmə prosesi zəif gedir

ABŞ-ın "Google" şirkəti "Android" mobil əməliyyat sisteminin müxtəlif versiyalarının yayılmasını xarakterizə edən rəsmi statistikasını dərc etməkdə davam edir. Yeni "Android 8.0 Oreo" versiyası ay ərzində payını 0,1 faiz bənd artıra bilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, noyabrda "Android 8.0 Oreo" aktiv "Android" qurğularının 0,3 faizində quraşdırılıb. Bir ay əvvəl bu göstərici 0,2 faizə bərabər olub. Hazırkı statistikada əməliyyat sisteminin payı 0,1 faiz təşkil edən versiyaları sadalanır. Beləliklə, qurğu istifadəçiləri və operatorlar smartfonları avqustda buraxılan yeni platformaya keçirməyə tələsmirlər.
 
Statistikaya görə, "Google" şirkətinə məxsus mobil əməliyyat sisteminin ən çox yayılmış modifikasiyası son "Google" reytinqində 30,9 faizlik bazar payına sahib çıxan "6.0 Marshmallow" olaraq qalır.
 
 
Populyarlığa görə ikinci yerdə "Android" elektronikası bazarında 27,2 faiz payla "Lollipop" (4.1-4.2) qərarlaşıb. Liderlər üçlüyünü 20,6 faiz nəticə ilə "Android Nougat 7.0-7.1" tamamlayır. Bu, bir ay əvvəldən təxminən 3 faiz bənd çoxdur. Sonrakı pillələrdə "KitKat" (13,8 faiz) və "Jelly Bean" (6,2 faiz) yer alıb.
 
Köhnəlmiş "Android Gingerbread" və "Ice Cream Sandwich" versiyalarına "Android" sistemli qurğuların təxminən 0,5 faizində rast gəlmək mümkündür.

Nizam Nuriyev 




Baxış sayı: 543

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024