Tarix:16/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, sərmayədar qismində rəsmən “Delaware LLC” şirkəti göstərilib. Yüz kvadrat kilometr (24 800 akr) ərazidə 80 min ev yerləşəcək, o cümlədən 15 kvadrat kilometr (3800 akr) sənaye, pərakəndə satış və ofis tikililəri, təxminən bir o qədər ictimai məkan obyektləri üçün ayrılacaq. Məktəblərin inşası üçün 2 kvadrat kilometrin (470 akr) ayrılması nəzərdə tutulur.
Məlumata görə, Belmont ən yeni texnologiyalar nəzərə alınmaqla layihələndiriləcək: “gələcəyin şəhəri” ərazisində yüksəksürətli internet şəbəkəsi, məlumat emalı mərkəzləri, yeni istehsal texnologiyaları və avtomatlaşdırılmış nəqliyyat qovşaqları qurulacaq. Yollarda isə avtonom nəqliyyat vasitələrinin hərəkəti gözlənilir. Bundan başqa, Belmonta gedən yolda Nevada ştatının Rino şəhərini və Meksikanı birləşdirən avtomagistralın çəkilməsi planlaşdırılır. Lakin hazırda avtomagistralın maliyyələşdirilməsi aparılmır.
“McKinsey” şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ilədək “ağıllı” şəhərlər bazarını 600 şəhər əhatə edəcək, sənayenin ümumi dəyəri isə 400 milyard dollar təşkil edəcək. Bundan əlavə, 2025-ci ilədək intellektual şəhərlərin dünya ümumi daxili məhsulunda (ÜDM) payının 60 faizə bərabər olacağı proqnozlaşdırılır.
Nizam Nuriyev
Bill Qeyts “ağıllı” şəhərin inşasına 80 milyon dollar xərcləyəcək
“Microsoft” korporasiyasının təsisçisi Bill Qeytsin sahibi olduğu “Cascade Investment” investisiya qrupuna məxsus “Belmont Partners “şirkəti Arizona ştatında Finiks şəhərinin qərbində yeni “ağıllı” Belmont şəhərinin tikintisi üçün böyük torpaq sahəsi alıb. Milyarder layihəyə 80 milyon dollar investisiya qoyub.“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, sərmayədar qismində rəsmən “Delaware LLC” şirkəti göstərilib. Yüz kvadrat kilometr (24 800 akr) ərazidə 80 min ev yerləşəcək, o cümlədən 15 kvadrat kilometr (3800 akr) sənaye, pərakəndə satış və ofis tikililəri, təxminən bir o qədər ictimai məkan obyektləri üçün ayrılacaq. Məktəblərin inşası üçün 2 kvadrat kilometrin (470 akr) ayrılması nəzərdə tutulur.
Məlumata görə, Belmont ən yeni texnologiyalar nəzərə alınmaqla layihələndiriləcək: “gələcəyin şəhəri” ərazisində yüksəksürətli internet şəbəkəsi, məlumat emalı mərkəzləri, yeni istehsal texnologiyaları və avtomatlaşdırılmış nəqliyyat qovşaqları qurulacaq. Yollarda isə avtonom nəqliyyat vasitələrinin hərəkəti gözlənilir. Bundan başqa, Belmonta gedən yolda Nevada ştatının Rino şəhərini və Meksikanı birləşdirən avtomagistralın çəkilməsi planlaşdırılır. Lakin hazırda avtomagistralın maliyyələşdirilməsi aparılmır.
“McKinsey” şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ilədək “ağıllı” şəhərlər bazarını 600 şəhər əhatə edəcək, sənayenin ümumi dəyəri isə 400 milyard dollar təşkil edəcək. Bundan əlavə, 2025-ci ilədək intellektual şəhərlərin dünya ümumi daxili məhsulunda (ÜDM) payının 60 faizə bərabər olacağı proqnozlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 308
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet