12px13px15px17px
Tarix:16/11/17

Smartfon əlavəsi səsə görə avtomobilin nasazlığını müəyyənləşdirəcək

Massaçusets Texnologiya İnstitutunun alimləri avtomobilin işlək hissəsinin səsinə görə ona təmir və ya xidmətin tələb olunmasını müəyyənləşdirən smartfon əlavəsi yaradıblar. Məsələn, əlavə ön sol təkərin hava ilə doldurulması, hava filtrinin bir həftədən sonra dəyişdirilməsi və ya avtomobilin yeni alışdırma şamlarına ehtiyacı olması barədə xəbər verir. Bununla yanaşı, smartfon üçün avtomobilin diaqnostik sistemləri ilə birləşməsi tələb olunmur. Belə ki, tərtibatçıların sözlərinə görə, proqram avtomobillərin texniki təchizatından asılı olmayaraq onların diaqnostikasını aparmağa imkan verəcək. 
 
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, tədqiqatçıların sözlərinə görə, texnologiyanı mikrofon, akselerometr və digər müasir smartfon ötürücülərinin yüksək həssaslığı sayəsində ərsəyə gətirmək mümkün olub.
 
Məlumata görə, sistem diaqnostikanı kompüter təlimi üsulları vasitəsilə aparır - təlim seçimi kimi mütəxəssislər tərəfindən yaradılan avtomobillərin normal iş və müxtəlif nasazlıqlar zamanı çıxardıqları səslər bazasından istifadə olunur.
 
Bildirilir ki, əlavə diaqnostikanın dəqiqliyini 90 faiz səviyyəsində təmin edir. Məsələn, sistem mühərrik silindrlərində avtomobilin işə salınma qabiliyyətini səhvsiz müəyyənləşdirir, balanslaşdırma problemlərini tanıma alqoritmləri isə öz vəzifələrinin öhdəsindən təcrübəli mütəxəssislərdən daha yaxşı gəlirlər.
 
Əlavənin kommersiya versiyasının il yarım sonra istifadəyə verilməsi gözlənilir.

Nizam Nuriyev 




Baxış sayı: 338

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024