Tarix:16/11/17
Toni Son Vaşinqtonda keçirilmiş neyrobioloqlar cəmiyyətinin illik konfransında öz həlli barədə məlumat verib. Tədqiqatda iştirak etmiş 20 könüllünün beyninə epilepsiyanın müalicəsi üçün elektrodlar implantasiya edilib. Daha sonra könüllülərə Sonun komandası tərəfindən hazırlanmış mikroçiplər qoşulduqdan sonra aparat insanın qısa müddətli və işçi yaddaşının işini simulyasiya edən testlər zamanı beynin aktivliyi haqda məlumatları toplamağa başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bundan sonra alimlər yaddaşın optimal məhsuldarlığına məsuliyyət daşıyan şablonlar aşkar ediblər və beyin qabığını stimullaşdırmaq üçün elektrodlardan istifadə ediblər. Sınaq könüllülərdə "operativ" yaddaşın 15%, işçi yaddaşın isə 25% yaxşılaşmasına gətirib çıxarıb. "Biz yaddaşın funksiyasını yaxşılaşdırmaq üçün neyron kod yazırıq – Son “New Scientist” nəşrinə müsahibəsində deyib.
Texnologiya hələ ki tam yoxlanılmayıb, ancaq yaddaşın itirilmiş funksiyasının bir hissəsini bərpa etmək mümkün olsa, Sonun həlli Alsqeymer xəstəliyindən əziyyət çəkən insanların həyatını xeyli dərəcədə yüngülləşdirəcək.
Emil Hüseynov
İnsanların beyninə çip implantasiya etməklə onların yaddaşını yaxşılaşdırıblar
Alimlər tarixdə ilk dəfə pasiyentin beyninə elektron çip implantasiya etməklə onun yaddaşını yaxşılaşdırmağa müvəffəq olublar. Cənubi Kaliforniya Universitetinin biomühəndisi Ton Son tərəfindən yaradılmış "yaddaş üçün protez" insan yaddaşını yüksək effektivliklə möhkəmləndirən ilk populyar qurğudur.Toni Son Vaşinqtonda keçirilmiş neyrobioloqlar cəmiyyətinin illik konfransında öz həlli barədə məlumat verib. Tədqiqatda iştirak etmiş 20 könüllünün beyninə epilepsiyanın müalicəsi üçün elektrodlar implantasiya edilib. Daha sonra könüllülərə Sonun komandası tərəfindən hazırlanmış mikroçiplər qoşulduqdan sonra aparat insanın qısa müddətli və işçi yaddaşının işini simulyasiya edən testlər zamanı beynin aktivliyi haqda məlumatları toplamağa başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bundan sonra alimlər yaddaşın optimal məhsuldarlığına məsuliyyət daşıyan şablonlar aşkar ediblər və beyin qabığını stimullaşdırmaq üçün elektrodlardan istifadə ediblər. Sınaq könüllülərdə "operativ" yaddaşın 15%, işçi yaddaşın isə 25% yaxşılaşmasına gətirib çıxarıb. "Biz yaddaşın funksiyasını yaxşılaşdırmaq üçün neyron kod yazırıq – Son “New Scientist” nəşrinə müsahibəsində deyib.
Texnologiya hələ ki tam yoxlanılmayıb, ancaq yaddaşın itirilmiş funksiyasının bir hissəsini bərpa etmək mümkün olsa, Sonun həlli Alsqeymer xəstəliyindən əziyyət çəkən insanların həyatını xeyli dərəcədə yüngülləşdirəcək.
Emil Hüseynov
Baxış sayı: 425
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı