Tarix:17/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, qurğu nazik çərçivəli və tərəfləri 18:9 nisbətinə bərabər ekranla və istifadəçinin sifətinin skan edilməsi funksiyası ilə seçilir. Smartfonda qoşa kamera quraşdırılmasa da, istehsalçı əsas diqqəti məhz fotoçəkmə imkanlarına yönəldib. Belə ki, “Vivo V7” smartfonu dağınıq arxa fonlu çəkilişlər edən 16 meqapikselli əsas və 24 meqapikselli ön kamera ilə təchiz edilib.
Bildirilir ki, 5,7 düym diaqonallı ekrana malik qurğunun korpusu metaldan ibarətdir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, smartfon qabaritinə görə 5,2 düym diaqonallı qurğularla uyğunluq təşkil edir. Nazik çərçivələr sayəsində ekran ön tərəfdə 83,6 faiz yer tutur. Barmaq izi skaneri arxa paneldə yerləşib.
Məlumata görə, “Funtouch 3.2 OS” interfeysinin idarəetməsi ilə işləyən yeni qurğuda səkkiznüvəli “Qualcomm Snapdragon” prosessoru, 4 giqabaytlıq operativ yaddaş, 32 giqabaytlıq quraşdırılmış yaddaş və 3 min milliamper/saat tutumlu akkumulyator quraşdırılıb. Funksiyalardan biri istifadəçinin xarici görünüşünü 100 nöqtəyə görə analiz edən sifətin skan edilməsi texnologiyası vasitəsilə blokdan çıxarmadır.
Qara və qızılı rənglərdə satışa çıxarılacaq “Vivo V7” smartfonunun qiyməti 300 dollar təşkil edəcək.
Nizam Nuriyev
“Vivo V7” smartfonu istifadəçini sifətinə görə tanıyacaq
“Vivo” şirkəti Çinin Şençjen şəhərində yeni “V7” smartfonunu təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, qurğu nazik çərçivəli və tərəfləri 18:9 nisbətinə bərabər ekranla və istifadəçinin sifətinin skan edilməsi funksiyası ilə seçilir. Smartfonda qoşa kamera quraşdırılmasa da, istehsalçı əsas diqqəti məhz fotoçəkmə imkanlarına yönəldib. Belə ki, “Vivo V7” smartfonu dağınıq arxa fonlu çəkilişlər edən 16 meqapikselli əsas və 24 meqapikselli ön kamera ilə təchiz edilib.
Bildirilir ki, 5,7 düym diaqonallı ekrana malik qurğunun korpusu metaldan ibarətdir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, smartfon qabaritinə görə 5,2 düym diaqonallı qurğularla uyğunluq təşkil edir. Nazik çərçivələr sayəsində ekran ön tərəfdə 83,6 faiz yer tutur. Barmaq izi skaneri arxa paneldə yerləşib.
Məlumata görə, “Funtouch 3.2 OS” interfeysinin idarəetməsi ilə işləyən yeni qurğuda səkkiznüvəli “Qualcomm Snapdragon” prosessoru, 4 giqabaytlıq operativ yaddaş, 32 giqabaytlıq quraşdırılmış yaddaş və 3 min milliamper/saat tutumlu akkumulyator quraşdırılıb. Funksiyalardan biri istifadəçinin xarici görünüşünü 100 nöqtəyə görə analiz edən sifətin skan edilməsi texnologiyası vasitəsilə blokdan çıxarmadır.
Qara və qızılı rənglərdə satışa çıxarılacaq “Vivo V7” smartfonunun qiyməti 300 dollar təşkil edəcək.
Nizam Nuriyev
Baxış sayı: 1006
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı