Tarix:17/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, birincisi, yeni xəritələrdə obyektlər haqda informasiya istifadə rejimindən (axtarış, avtomobil naviqasiyası və ya ictimai nəqliyyatda gediş) asılı olaraq göstəriləcək. Birinci rejimdə restoran, mağaza və müəssisə, ikinci rejimdə yanacaq doldurma və avtodayanacaqlar, üçüncü rejimdə isə avtobus dayanacaqları və metro stansiyalarına üstünlük veriləcək. Bu yanaşma xəritəni həddən artıq yükləməyə imkan verməyəcək.
Yeni rəng sxemi, həmçinin eyni amala xidmət edir: müxtəlif obyekt tipləri müxtəlif rəngli nişanlarla işarələnir, nişanlar isə daha informativ olub. İndi “Google”un xəritəsində restoran və kafelər narıncı, mağazalar göy, aptek və klinikalar çəhrayı, əyləncə sənayesi obyektləri və görməli yerlər dəniz dalğası, banklar və xidmət sahəsi müəssisələri bənövşəyi, dövlət idarələri və kilsələr boz, park və bağçalar yaşıl, ictimai nəqliyyat isə açıq-mavi rənglə işarələnir.
Emil Hüseynov
Yenilənmiş “Google Maps”dən istifadə asanlaşacaq
“Google” şirkəti “Google Maps” xəritəsinin dizaynını yeniləyib. Yaxın həftələrdə axtarış sisteminin xəritəsi mobil proqramlar, veb versiya, axtarış, “Google Earth” xidməti və “Android Auto” avtomobil informasiya sistemlərində fərqli şəkildə görsənəcək.“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, birincisi, yeni xəritələrdə obyektlər haqda informasiya istifadə rejimindən (axtarış, avtomobil naviqasiyası və ya ictimai nəqliyyatda gediş) asılı olaraq göstəriləcək. Birinci rejimdə restoran, mağaza və müəssisə, ikinci rejimdə yanacaq doldurma və avtodayanacaqlar, üçüncü rejimdə isə avtobus dayanacaqları və metro stansiyalarına üstünlük veriləcək. Bu yanaşma xəritəni həddən artıq yükləməyə imkan verməyəcək.
Yeni rəng sxemi, həmçinin eyni amala xidmət edir: müxtəlif obyekt tipləri müxtəlif rəngli nişanlarla işarələnir, nişanlar isə daha informativ olub. İndi “Google”un xəritəsində restoran və kafelər narıncı, mağazalar göy, aptek və klinikalar çəhrayı, əyləncə sənayesi obyektləri və görməli yerlər dəniz dalğası, banklar və xidmət sahəsi müəssisələri bənövşəyi, dövlət idarələri və kilsələr boz, park və bağçalar yaşıl, ictimai nəqliyyat isə açıq-mavi rənglə işarələnir.
Emil Hüseynov
Baxış sayı: 413
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet